Icma.az
close
up
RU
Yapı Kredi Bank Azərbaycan 25 illik yubileyini qeyd edir FOTO

Yapı Kredi Bank Azərbaycan 25 illik yubileyini qeyd edir FOTO

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

"Yapı Kredi Bank Azərbaycan" 25 illik yubileyini qeyd edir. Bu münasibətlə Bankın İdarə Heyətinin sədri Cenk Yüksel təbrik məktubu ünvanlayıb.

"APA-Economics" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli müştərilərimiz, dəyərli əməkdaşlarımız və dəyərli tərəfdaşlarımız!
2000-ci ildən etibarən fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan bu il 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində etibarlılıq, peşəkarlıq və innovasiyalara açıqlıq prinsipləri ilə ölkəmizin bank sektorunda önəmli bir mövqe əldə etmişik. Bu nailiyyətlərdə müştərilərimizin və əməkdaşlarımızın töhfəsi böyükdür.
Əsas səhmdarımız Yapı Kredi A.Ş.-nin dəstəyi ilə müştərilərimizə 8 filial, 1 şöbə, 24/7 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet və Mobil Bankçılıq məhsullarımız vasitəsilə daim yenilikçi həllər təqdim etməyə davam edirik.
Türkiyə bazarında mübahisəsiz lider mövqeyini qoruyan kredit kartı olan Worldcard-ı ölkəmizdə 2012-ci ildən etibarən təqdim etməyimizlə fəxr edirik.
Bununla yanaşı, 2014-cü il tarixində çoxfunksiyalı İnternet və Mobil Bankçılıq platformamız müştərilərimizin maliyyə əməliyyatlarını daha rahat və sürətli yerinə yetirmələri üçün istifadəyə verilib.
Həmçinin, Mobil Bankçılıq xidmətimizə “Asan İmza” texnologiyasını ilk dəfə inteqrasiya edərək müasir texnologiyanın üstünlüklərini müştərilərimizə təqdim etmişik.

Son 25 il ərzində qeyri-neft sektorunun kreditləşməsinə verdiyimiz diqqət ilə yüzlərlə müəssisəni dəstəkləmişik və iri infrastruktur layihələrinin maliyyələşdirilməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermişik. İşğaldan azad edilmiş torpaqların bərpası istiqamətində maliyyə həllərimizi genişləndirərək həmin bölgələrdə iqtisadi fəallığın artırılmasına dəstək olmağa davam edirik.
Əsas səhmdarımız, Türkiyənin ən böyük holdinqlərindən biri olan Koç Holdinqin sahib olduğu Yapı Kredi A.Ş.-nin qabaqcıl təcrübəsini ölkəmizə gətirərək müştərilərimizə daha sadə və innovativ həllər təqdim edirik və rəqəmsal transformasiya sahəsində inkişafımızı davam etdirməyi planlaşdırırıq.
Dayanıqlılıq prinsipləri Yapı Kredi Bank Azərbaycan üçün fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bankımız, ölkədə ISO 14001:2015 və ISO 14064 sertifikatlarını əldə edən ilk bank olub.

Yapı Kredi Bank Azərbaycan İngiltərənin nüfuzlu Global Banking and Finance Review jurnalı tərəfindən “Ən Etibarlı Bank 2018” mükafatına layiq görülmüşdür. Bu mükafat bankımızın yüksək xidmət standartlarının və müştəri məmnuniyyətinin bir göstəricisidir.
25 illik uğurlu fəaliyyətimiz bizi gələcəyə daha inamla addımlamağa ruhlandırır, Yapı Kredi Bank Azərbaycan olaraq Azərbaycan dövlətinin dayanıqlı inkişaf strateqiyasına, bankımızın innovasiya və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq müştərilərin etimadını doğrultmağa davam edəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri