Yapon alimlərdən inqilab: Daun sindromu tarixə qovuşa bilər
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Yaponiyalı elm adamları tibb aləmində inqilab sayıla biləcək yeniliyə imza atıblar.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, "CRISPR-Cas9" gen redaktə texnologiyasından istifadə edilən bir araşdırma xeyli diqqət çəkib.
Adıçəkilən texnologiya hüceyrə DNT-lərində xüsusi hədəf bölgələri tanıyaraq və kəsərək genetik məlumatı dəyişdirməyə imkan verən gen redaktə texnologiyasıdır.
Yaponiyanın Mie Universitetinin alimləri bu texnologiya ilə Daun sindromuna səbəb olan 21-ci xromosomu hüceyrələrdən uğurla siliblər.
Tədqiqatçılar istiqamətləndirici molekulları yalnız əlavə xromosoma bağlanacaq şəkildə təkmilləşdirməyi hədəfləsələr də, bu üsul Daun sindromunun tam həlli hesab edilə bilməz. Çünki sistemin yalnız əlavə xromosomu hədəf almasını təmin etmək lazımdır.
Billurə Yunus
Baxış sayı:47
Bu xəbər 29 İyul 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















