Icma.az
close
up
RU
Daun sindromu

Daun sindromu

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Normal halda insanların bədən hüceyrələrinin hər birində 46, cinsi hüceyrələrində isə 23 xromosom olur. Cinsi hüceyrələr birləşərkən yeni orqanizmin 46 sayda olmaqla xromosom dəstini əmələ gətirirlər.

Bəzi hallarda yeni orqanizmin xromosom dəstinin sayında dəyişiklik (normal saya nisbətən azalma, artma, xromosomların fraqmentlərinin itirilməsi və s.) baş verir. Statistik məlumatlara əsasən xromosom saylarının anomaliyası olan belə ruşeyimlərin 60%-i doğuşa qədər məhv olurlar. Belə xromosom dəsti ilə doğulanlarda isə əksər hallarda müxtəlif inkişaf qüsurları, zehni zəiflik və s. çatışmazlıqlar təsadüf edilir.

Xromosom saylarında olan patoloji dəyişikliklərin (mutasiya) əmələ gəlməsinin səbəbləri müxtəlif ola bilər: valideynlərin yaşı, müxtəlif xəstəlikləri, ətraf muhitin zərərli faktorları (şüalanma, kimyəvi intoksikasiyalar (zəhərlənmələr) və s.

Xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri Daun xəstəliyidir (və ya sindromu). Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur (artıq olan 1 qeyri-cinsi xromosomdur). Bu xromosom dəsti ilə doğulanların psixiki inkişafı kəskin dərəcədə zəif olur.

Doğulan uşaqlarda bu xəstəliyin olmasının bir çox əlamətləri olur: nəzərəçarpan əzələ zəifliyi, cəpgözlülük, yastısifətlilik, ağızın yarımaçıq vəziyyətdə olması, usağın bir qədər böyümüş dilini tez-tez bayıra çıxarması və içəri çəkməsi, əllərində dərin köndələn büküşün olması və s. Uşağa son dəqiq diaqnozun qoyulması isə qanın xüsusi genetik müayinəsindən sonra mümkün olur.

Daun sindromlu uşaqların oturması, gəzməsi, danışması daha gec bir zamanda baş verir. Bir çox hallarda belə uşaqlarda anadangəlmə ürək, böyrək qüsurları, immunitetin zəif olması və s. patoloji hallar da təsadüf edilir. Bu uşaqların hamısı zehni inkişafdan da geri qalırlar. Ağır patologiyalı uşaqlar az yaşlarında vəfat edirlər. Ağır patologiyaları olmayan Daun sindromlu uşaqlar isə daha çox (adi adamlar yaşadığı qədər) ömür sürə bilirlər. Yaşa dolduqca belə uşaqlar bu sindromlu digər uşaqlarla müqayisədə bir birinə daha çox oxşayırlar (yastı sifət, çəpləşmiş dar gözlər). Psixiki inkişafda ləngimələri səbəbindən onlar oxumaqda çətinlik çəkir, əksər hallarda isə zehni çatışmazlığı olan uşaqlar üçün təşkil olunan xüsusi məktəblərdə təhsil almalı olurlar. Müəyyən vaxt keçdikdən sonra onların zehni inkişafda ləngimələri davam etsə də, belə uşaqlar özlərinə xidmət üzrə sadə vərdişləri müvəffəqiyyətlə mənimsəyə bilirlər (bəzi ev isləri, geyinmək, soyunmaq, ayaqyoluna getmək və s.).

Həkimlər belə bir qənaətə gəlmişlər ki, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artıran səbəblərdən biridir. Belə ki, yaşı 35-dən artıq olan qadınlarda körpələrin bu sindromla doğulma ehtimalı 10 dəfə, 40-dan artıq olan qadınlarda isə 25 dəfə artmış olur.

Məhz buna görə yuxarıda qeyd etdiyimiz kimi, yaşı bir qədər çox olan qadınlar ana olmaq arzusunda olduqları halda, mütləq həkim-genetikin baxışından keçməli və tələb olunduğu hallarda isə müvafiq genetik laborator müayinələrindən keçməlidirlər. Belə qadınlar hamiləlik dövründə də həkim-genetikin məsləhətinə uyğun olaraq dölyanı mayenin, cift xovlarının, həmçinin dölün göbəyindən götürülmüş qanın genetik laborator müayinələrinin aparılması tələb oluna bilər. Döl qanının genetik laborator müayinəsi (hamiləliyin 23-25 həftəliyində) doğulacaq körpədə ağır patologiyaların olmasını 100% istisna etməyə imkan verir. Genetik laborator müayinələrin aparılması üçün USM (ultrasəs müayinəsi) nəzarəti altında aparılan bu tibbi xidmətlərin hamiləliyin gedişinə mənfi təsir edə bilməsi ehtimalı isə çox aşağı hesab olunur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see337

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see284

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see282

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see244

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see210

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see210

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see201

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see197

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see195

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see190

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see182

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see178

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see177

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see173

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see164

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see152

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see149

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri