Icma.az
close
up
RU
Yapon yeni və avro dollara nisbətdə davamlı ucuzlaşır

Yapon yeni və avro dollara nisbətdə davamlı ucuzlaşır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Çərşənbə axşamı günü siyasi hadisələr yenidən valyuta bazarlarına təsir edib: yapon yeni Sanai Takaiçinin Yaponiyanın hakim Liberal Demokrat Partiyasının lideri seçkilərində qələbəsindən sonra iki ayın ən aşağı səviyyəsinə düşüb, avro isə Fransa Baş nazirinin istefasından sonra dəyişkən olaraq qalır.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın növbəti Baş naziri olacağı gözlənilən Takaiçi aqressiv xərclər hesabına Yaponiya iqtisadiyyatını gücləndirəcəyinə söz verib və Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini artırmasını tənqid edib.

“Danske Bank”ın valyuta bazarı üzrə analitiki Mohamad Al-Saraf bildirib: “Yaponiya Bankı hər ehtimala qarşı bu ay əlavə tədbirləri dayandıra bilər, lakin dekabrda daha çox məlumat açıqlanacaq və düşünürəm ki, məzənnə yenidən qaldırılacaq. İnflyasiya hələ də çox yüksəkdir, dərəcələr isə çox aşağıdır və bu il Yaponiya Bankı tərəfindən növbəti faiz artımı iddiası qüvvədə qalır”.

Yapon yeninin dollara nisbətdə 150-yə qədər ucuzlaşması və avro qarşısında rekord aşağı həddə çatması fonunda Yaponiyanın maliyyə naziri səlahiyyətlilərin valyuta bazarlarında həddindən artıq volatilliyi izlədiyini bəyan edib.

Bazar ertəsi Fransa Baş nazirinin istefasından sonra Prezident Emmanuel Makrona təzyiqi artıran və fiskal konsolidasiyanı şübhə altına alan avro qeyri-müəyyən olaraq qalır.

Fransa çətin ki, 2026-cı il büdcə layihəsini təqdim etmək üçün son tarixi yerinə yetirsin, yəni qanunvericilər yanvarın 1-dən tam büdcə təsdiqlənənə qədər xərclərə icazə vermək üçün təcili dayandırma qanunu qəbul etməli olacaqlar.

İnvestorlar 10 illik Fransa və Almaniya istiqrazları üzrə gəlirlilik arasındakı fərqi yaxından izləyiblər ki, bu da onların Fransa istiqrazlarını saxlamaq üçün risk mükafatı tələbinin bazar göstəricisi kimi xidmət edir. Bazar ertəsi valyuta təlatümü yanvar ayından bəri ən yüksək səviyyəyə - 88 baza bəndinə çatıb.

Avro ikinci gündür ki, ard-arda ucuzlaşaraq (0,3% həddində) 1,1681 dollar olub.

Çərşənbə axşamı açıqlanan məlumatlar göstərdi ki, Almaniya sənaye sifarişləri avqust ayında avtomobil sənayesindəki zəiflik və xaricdən tələbatın aşağı düşməsi səbəbindən gözlənilmədən azalıb.

ABŞ dolları avro və yapon yeninin zəifləməsindən yararlanıb. Dolları valyuta səbətinə nisbətdə ölçən dollar indeksi ABŞ hökumətinin davam edən şatdaununa baxmayaraq, 0,2% faiz artaraq 98,33-ə yüksəlib.

Şatdaun yaxından izlənilən sentyabr ayı üzrə məşğulluq hesabatının ötən cümə günü yayımlanmasını gecikdirib və digər əsas buraxılışların hökumətin fəaliyyətini bərpa etməsinə qədər təxirə salınacağı gözlənilir.

“Danske Bank”ın nümayəndəsinin sözlərinə görə, ABŞ üzrə məlumatların olmaması investorların digər hadisələrə həmişəkindən daha diqqətli reaksiya verməsi deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri