Yaponiya ABŞ ilə razılaşmadan sonra müdafiə və kənd təsərrüfatı məhsullarının idxalını artıracaq
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya ABŞ ilə razılaşmadan sonra müdafiə və kənd təsərrüfatı məhsullarının idxalını artıracaq.
Banco.az xəbər verir ki, ABŞ ilə Yaponiya arasında əldə olunan yeni tarif razılaşmasından sonra Yaponiyanın ABŞ-dən müdafiə və kənd təsərrüfatı məhsulları idxalında diqqətçəkən artımlar müşahidə olunacaq. Ağ Ev rəsmisinin verdiyi məlumata görə, Yaponiya ABŞ-dən 100 ədəd Boeing təyyarəsi almağı qəbul edib.
Razılaşma çərçivəsində Yaponiyanın ABŞ-dən həyata keçirdiyi düyü idxalı 75 faiz artacaq, ümumi kənd təsərrüfatı məhsulları idxalının isə 8 milyard dollara çatacağı gözlənilir.
Müdafiə sahəsində də mühüm bir addım atan Yaponiya, ABŞ şirkətlərindən etdiyi müdafiə xərclərini illik 14 milyard dollardan 17 milyard dollara yüksəldəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 İyul 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















