Icma.az
close
up
RU
Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

1852-ci ildə kommodor Metyu Perrinin komandanlığı altında amerikan gəmiləri Yaponiyaya gəldi və top atəşilə qorxudaraq, syoqunu Amerika ilə ticarətə və digər kommersiya əlaqələrinə girməyə məcbur etdi. Hakimiyyətdə olan syoqun yadelliyə güzəştə getdi, lakin bu, izolyasiya tərəfdarları olan samurayların hiddətinə səbəb oldu və onlar qiyam qaldırdılar. Syoqun hakimiyyətdən uzaqlaşdırıldı və 1868-ci ilin başlanğıcında gənc imperator Mutsihito, Meydzi ("İşıqlanmış idarəetmə") adı altında ölkənin idarəetməyə başladı. Bu, Meydzi Bərpası adlanan prosesin başlanması kimi tanınır. Meydzi Bərpası heç də sadəcə dövlət çevrilişi deyildi, Yaponiyanın siyasi, iqtisadi, sosial həyatının ciddi dəyişikliklərə məruz qalması kimi inqilabi xarakter daşıyan geniş bir proses idi. 16 yaşlı imperator və onun ətrafındakılar Yaponiyanın dünyanın qabaqcıl dövlətlərindən xeyli geri qaldığını görüb, ciddi tədbirlərə əl atdılar. Yaponiya, onu uzun müddətli böhranda saxlayan feodalizm prinsiplərinə son qoydu və Qərb dövlətlərinin modelinə əsaslanaraq, ölkəni yeni inkişaf relsi üzərinə keçirdi. Qısa müddətdə bütün sahələrdə nəzərə çarpan böyük dəyişikliklər baş verdi. Metamorfozalar bütövlükdə ölkə və xalq həyatını bürüdü. Yeniliklər müxtəlif sahələrdə həyata keçirilirdi və öz uğurlu gedişini sürətlə nümayiş etdirirdi.

Ölkədə sənaye müəssisələri şəbəkəsi, qısa müddətdə köhnələrin modernləşdirilməsi və yenilərin qurulması hesabına yaradıldı. Hərbi sahəyə diqqət artırıldı, ordu Qərbdən alınmış müasir silahlarla silahlandırıldı. Onu Qərb mütəxəssisləri məşq etdirirdilər. Okeanın sahilindəki adalarda yerləşən dövlət özünə güclü hərbi dəniz donanması yaratmaq qayğısına da qaldı, bu sahədə qüdrətli dövlətə çevrilmək işinə start götürdü. Militarizm dövlətin başlıca siyasətinə çevrildi, bunda özünü Qərbin müdaxiləsindən qorumaqla yanaşı, imperialist niyyətlər də başlıca yer tuturdu.

Qərbin təsiri, təkcə iqtisadiyyatın görünməmiş sürətlə inkişafına səbəb olmadı, həm də Qərb imperializmini təqlid etmək istəyi də meydana gəldi və Yaponiya üç qonşu dövlətlə hərbi münaqişəyə daxil oldu. Xüsusən Rusiya donanmasını Susima boğazında 1905-ci ildə darmadağın etməsi, dünyanın təəccübünə səbəb oldu, axı Rusiya imperiyası güclü hərbi dövlət kimi qiymətləndirilirdi. Ordu ilə yanaşı, hərbi-sənaye kompleksi də inkişaf etdirildi və militarizm dövlətin başlıca qayğı obyektinə çevrildi.

Yaponiya II Dünya müharibəsinə daxil olduğu ilk dövrlərdə, öz qələbələri ilə öyünürdü və bunun davam edəcəyinə bel bağlayırdı. Lakin Yaponiya siyasi və hərbi rəhbərliyi vəziyyətin analizində ciddi səhvə yol vermişdi. Yaponiya təbii sərvətlərə malik deyildi, xammalı və yanacağı başqa dövlətlərdən alırdı, onlara embarqo qoyulması və ya qiymətlərinin xeyli artması, onu ağır vəziyyətə sala bilərdi. ABŞ isə böyük iqtisadi gücə malik idi və I Dünya müharibəsində Antantanın qələbəsinə mühüm kömək göstərməklə, müharibədən ilk fövqəldövlət kimi çıxmışdı. Ona görə də, Birləşmiş Ştatların nəhəng gücü qarşısında Yaponiya olduqca zəif idi və müharibənin sonrakı illərində Birləşmiş Ştatların real üstünlüyü özünü açıq şəkildə göstərdi. Yaponiyanın iki şəhərinə atom bombasının atılması, imperatorun qeyd-şərtsiz təslim olmağa razılıq verməsinə səbəb oldu. O, 14 avqust 1945-ci ildə radio ilə xalqa müraciət edib bildirdi ki, amerikalıların tələbinə əməl edilməməsi, ölkənin və yapon xalqının məhvinə səbəb ola bilər. Xilasın yeganə yolu, qeyd-şərtsiz təslim olmaqdır. 2 sentyabrda amerikanların "Missuri" hərbi gəmisində Yaponiya xarici işlər naziri belə ağır təslim aktını imzalamaqla, II Dünya müharibəsi Asiyada da başa çatmaqla, sona yetdi.

Ordunun yüksək zabitləri bu qərarla razılaşmadıqlarından, ölkədə özünü intihar seriyası baş verdi, generallar da özlərini samuraylar kimi aparırdılar. Silahın amerikanlara təhvil verilməsi səhnəsi də, yaponlar üçün olduqca dəhşətli bir mənzərə idi.

Yaponiyanı, qalib Birləşmiş Ştatların generalı Duqlas Makirtur idarə edirdi.

İmperator Hirohito da marionetkaya çevrilib, onun bütün göstərişlərinə əməl edirdi. Xalqın və dövlətin birlik simvolu kimi Hirohitoya güzəşt edildi. Hakimiyyət səlahiyyətlərindən və ilahi mənşəyə mənsubluqdan məhrum olsa da, bu formal vəzifəni əlində saxladı. Baş nazir, general Todzio mühakimə edilib, edam edilsə də, müharibənin başlanmasında və aparılmasında başlıca rol oynayan Hirohitoya toxunulmadı. Makartur ona güzəştə getdi, çünki o, mühakimə edilsəydi, qeyd-şərtsiz təslim olma barədəki onun qərarı da hüquqi qüvvəsini itirəcəkdi. İmperator isə Makartura nəinki maneçilik törədirdi, əksinə, onun hər bir istəyini qulluq göstərməklə, həyata keçirirdi.

Lakin Yaponiyanın işğalı Hitler Almaniyasının işğalından fərqli idi.

Almaniyada Berlini tutmaq üçün qızğın döyüşlər getdi, ölkə geniş miqyaslı vuruşla bütünlüklə işğal edildi. ABŞ isə Okinavadan başqa Yaponiya ərazisində quru qüvvələrin iştirak etdiyi döyüşlər aparmadı. I Dünya müharibəsinin sonunda Almaniya ordusu salamat qaldığı kimi, Yaponiya ordusu da sonrakı Dünya müharibəsində ciddi zərbəyə məruz qalmadı. Amerikan ordusu, yapon əsgər və zabitlərini böyük miqdarda əsir götürməsi ilə də öyünə bilməzdi, yalnız Okinavada 7 min yapon əsir götürülmüşdü. Sovet ordusu isə 1943-cü ilin fevralından başlayaraq yüz minlərlə alman hərbçisini əsir götürmüşdü. Lakin dünya buna inanmaq istəmirdi, belə xəbərlərə şübhə ilə yanaşırdı. Ona görə də, Stalinin göstərişi ilə 1944-cü ilin iyulunda Moskva küçələrindən alman əsirlərinin keçirildiyi təhqiramiz bir səhnə kinolentə alındı. Dünyada bu kadrlar göstərildikdən sonra, əvvəlki şübhələr yoxa çıxdı.

1941-ci ilin dekabrında Hitler Qızıl Meydanda alman ordusunun hərbi paradını keçirməyi planlaşdırmışdı. Onun Moskvanı işğal etmək niyyəti və parad keçirmək arzusu baş tutmadı, əvəzində üç ilə yaxın müddətdən sonra 60 min alman əsgəri və zabiti parad geyimində deyil, əsir paltarında Moskvanın küçələrindən addımlamaqla, alman ordusu barədə məğlubedilməzlik mifinin bütünlüklə ifşa edilməsini sübut etdi. Paradda almanlar qürur və sevinc ifadəsi kimi vals oynamağa bərabər bir səhnə göstərməli idilər. Ona görə də, amerikanların böyük Avstriya bəstəkarı, ölməz valsların müəllifi, İohann Ştrausun şərəfinə çəkdiyi filmin adından götürülməklə, alman əsirlərinin Moskva küçələrini sərgərdan kimi dolaşmaları "Böyük vals" adlandırılmışdı. Ştrausun böyük valsı əvəzinə, bu daha çox, alman hərbçilərinin bədbəxt görkəmdəki, alçaldılmış və tövbə xarakterli matəm rəqsinə bənzəyirdi. Vaxtilə dünyada ağalıq etmək eşqi ilə yaşayan, kiçik istisna ilə Avropanı işğal etmələri ilə fəxr edən bu adamlar, artıq əsir kimi, bu vaxt, öz dəhşətli vəziyyətlərini nümayiş etdirməli olmuşdular. Amerikanlar isə müharibədə çox sayda yapon əsiri götürmədiklərindən, Tokioda belə ibrətamiz səhnə yarada bilməzdilər. Axı  Okinavada olduğu kimi, yaponların əksəriyyəti əsir düşməkdənsə, həlak olmaq sonluğu ilə razılaşırdılar.

"Yapon iqtisadi möcüzəsi"

Müharibədən sonrakı illərdə yaponlar gərgin əməklə məşğul olub, yaraları sağaltmaqla, ölkəni əsaslı qaydada bərpa etməklə məşğul idilər.

Məğlubiyyətdən bir neçə il sonra Yaponiya öz iqtisadi dayaqları üzərində qamətini düzəltmişdi. 1960-cı illərdə isə dünyada "yapon möcüzəsi" kimi tanınan hadisə baş verdi. Ümumi daxili məhsul istehsalının illik artım səviyyəsinə görə Yaponiya dünyada birinci yerə keçdi və az sonra dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən birinə çevrildi. Yaponiyanın minik avtomobilləri və elektrik məişət texnikası dünya bazarını zəbt etdi, çünki onlar keyfiyyətinə və ucuzluğuna görə rəqabətdə qalib gəlməyi bacarırdı. Bir vaxtlar Sovet İttifaqında yapon qol saatları, rəngli televizorlar, videomaqnitofonlar və videokameralar, ən böyük tələbata yiyələnən və əsasən gizli ələ keçirilən əmtəə hesab olunurdu.

Lakin sonradan yüksək iqtisadi tempi müşayiət edən "köpük", XVII əsr Fransasında olduğu kimi, burada da öz mənfi rolunu oynadı və Yaponiyanın iqtisadi artım sürəti xeyli zəiflədi. XXI əsrin başlanğıcında isə Çin, ildə 7-8 faiz həcmində artıma malik olmaqla, dünyada ABŞ-dan sonra ikinci qüdrətli dövlətə çevrildi. Den Syao-punun iqtisadi siyasətinin həyata keçirilməsində Birləşmiş Ştatların və Yaponiyanın Çinə maliyyə və iqtisadi investisiyaları mühüm rol oynadı. Yaponiya müharibədən sonra ona kömək edənə minnətdarlıq hissi bəslədiyi kimi, qonşu Çinə də iqtisadi kömək göstərməyi özü üçün vacib vəzifə hesab etdi. Çin isə inkişafında arzuladıqlarının hamısını uğurla həll etdi, dünyanı istehlak malları ilə təchiz edən nəhəng bir fabrikaya çevrildi.

2020-ci ildə 1,4 milyard əhalisi olan bu ölkə yoxsulluqla vidalaşmağı bacardı. 2025-ci ilin 3 sentyabrında II Dünya müharibəsinin qələbəsinin 80 illiyini Pekinin Tyanenmen meydanında hərbi paradla qeyd edən Çin, sənayenin bütün sahələrində, texnologiyada, hətta hərbi quruculuqda və kosmosun tətbiqində böyük nailiyyətlər qazandığını nümayiş etdirdi. Yapon möcüzəsi, yeni əsrdə, Çin möcüzəsi ilə əvəz olunmağa başladı.

Lakin Yaponiya sənayesinin və texnologiyasının zəifləməyə uğradığını güman etmək də səhv fikirdir, o, yenə də iqtisadi cəhətdən qüdrətli dövlət olaraq qalır. Yapon xalqı dünya iqtisadi yarışında cəsarətlə addımlamaqda yenə də davam edir.

Yaponiya haqqında ümumi təsəvvür

Yaponiya dağlıq ölkədir, ərazisində çox sayda zəlzələlər baş verir, həm də burada vulkan aktivliyi mövcuddur. Dağlar ölkə ərazisinin 85 faizi qədərini tutur, bu cəhətdən yalnız Tibetdən, Nepaldan və Tacikistandan geridə qalır.  Çaylar əsasən sürətli axına malikdir və onların vadiləri çay terrasları ilə seçilir. Ölkədə dağların çoxluğuna baxmayaraq, Rusiyada və ya Avropadakı kimi burada silsilələr yoxdur. Dağ yamacları aşağı endikcə düzənlik sahələrə çevrilir. Dağlardan axan çaylar allüvial tipli torpaq əmələ gətirir. Düzənliklər isə əsasən aşağı ərazilərdədir.

Odlu Qövsə daxil olan Yaponiya həqiqətən vulkanlar diyarıdır, burada 40 aktiv vulkan mövcuddur. İsti bulaqların, qeyzerlərin də bolluğu əsasən vulkan mənşəli olması ilə izah edilir. Vulkanların əksəriyyətinin görünüşü, Fudziyamada (Fudzi-sanda) olduğu kimi konus şəklindədir.

Yaponiyanın iqliminə onun uzun şaquli meyillilik məsafəsində yerləşməsi öz təsirini göstərir. Burada iqlim müxtəlifliyi həm də relyef cəhətləri ilə əlaqədardır.

Qışda Şərqi Sibir zonasının təzyiqi, aşağı zonalarda isə Qərbi Sakit okeanın təsiri özünü büruzə verir. Musson yağışları və ya qar Qərbi Yaponiyada rütubət əməl gətirir, Şərqə isə təbiət küləkli və quru hava bəxş edir.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri