Yaponiya inkişaf etməkdə olan ölkələrin iqlim xərclərinə dəstək verəcək KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaponiya inkişaf etməkdə olan ölkələrdə iqlimlə bağlı təşəbbüslərə dəstək üçün 70 milyard dollar ayırmağı vəd edib.
KONKRET.az xəbər verir ki, bunu Bakıda keçirilən COP29 sammitində Yaponiyanın ətraf mühitin mühafizəsi naziri Keiçiro Asao deyib: “Qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin birgə çalışdığı çərçivə lazımdır. Müvafiq imkanlara malik ölkələrin töhfəsi və özəl maliyyənin səfərbər olunması xüsusilə vacibdir ”.
Nazir istixana qazlarının azaldılması üçün iqtisadi baxımdan geniş hədəflərə ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, Yaponiya hazırkı Milli Müəyyənləşdirilmiş Töhfə çərçivəsində emissiyaları azaltmaq və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üzrə öhdəliklərini yerinə yetirməyə davam edir: “Yaponiya Birgə Kredit Mexanizmi vasitəsilə qlobal dekarbonizasiyanı təşviq edəcək və COP29-un uğurla başa çatdırılması üçün beynəlxalq səyləri irəli sürməyə davam edəcək ”, – deyə nazir bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















