Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Tunis millisini 4:0 hesabı ilə darmadağın edən Yaponiya seçməsinin baş məşqçisi Hadzime Moriyasu fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
"Rəqiblərin nə edəcəyini dəqiq bilmirdik. Əvəzində, yaxşı hazırlaşdıq və aqressiv oynadıq.
Hazırlıqlar zamanı məşqçilər heyəti olaraq necə mübarizə aparmalı olduğumuzu futbolçulara aydın şəkildə çatdırdıq və oyunçular tam potensialları ilə çıxış edə bildilər. Çox sayda yapon azarkeş Monterrey şəhərinə gəldi, bizimlə birlikdə dövlət himnini oxudu və bizi ucadan alqışladı. Tərəfdarlarımızın dəstəyi bizim üçün böyük şərəfdir".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 21 İyun 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















