Icma.az
close
up
RU
Yaponiya nəhənginin 256 min maşını problemli çıxdı Qəza riski var

Yaponiya nəhənginin 256 min maşını problemli çıxdı Qəza riski var

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Honda" 256 mindən çox avtomobilini geri çağırır.

Milli.Az xəbər verir ki, Yaponiyanın "Honda" şirkəti ABŞ-də 2023-2025-ci il model "Accord Hybrid" avtomobillərinin proqram təminatında ötürülmə riski yarada biləcək ciddi səhv aşkarlayıb. Bu səbəbdən təxminən 256 603 ədəd avtomobil geri çağırılır. 

Problem avtomobilin "Integrated Control Module" (ICM) adlı modulu ilə bağlıdır. Modula daxil olan CPU (mərkəzi emal vahidi) proqram səhvi səbəbindən hərəkətdə olan avtomobildə yenidən başlaya bilər. Bu, mühərrikə güc ötürülməsinin qəfil kəsilməsinə gətirib çıxara və qəza riskini artıra bilər. 

Səbəb kimi təchizatçı şirkət tərəfindən ICM CPU spesifikasiyalarının səhv anlaşılması göstərilir. Eləcə də, ICM tərəfindən idarə olunan əlavə funksiyalar elektrik yükünü artıraraq sistemin işində qarışıqlığa səbəb olub. 

"Honda"nın hesabatına görə bu problem 256 minlik çağırılan avtomobillərin təxminən 0,3 faizinə təsir edə bilər. Hələ ki, xəsarət barədə məlumat daxil olmayıb. 

Şirkət problemi ilk dəfə 2024-cü ilin martında araşdırmağa başlayıb.

Qeyd edək ki, Honda dilerləri təsirlənmiş avtomobillərdə proqramı pulsuz olaraq yenidən yükləyəcək. Avtomobil sahibləri əlavə məlumat üçün NHTSA (ABŞ Yol Təhlükəsizliyi Administrasiyası) saytından VIN kodu ilə yoxlaya bilərlər.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see287

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see206

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see185

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see159

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see134

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see129

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see127

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri