Yaponiya və NATO müdafiə sahəsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
Yaponiyanın baş naziri Şigeru İşiba və NATO-nun baş katibi Mark Rutte “geosiyasi çağırışlar” fonunda müdafiə sənayesində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Bu barədə "Kyodo News" məlumat yayıb.
“Təklif olunan əməkdaşlıq sahələrinə süni intellekt, pilotsuz uçuş aparatları və kvant texnologiyalarını əhatə edə biləcək mülki və hərbi tətbiqləri olan qabaqcıl ikili istifadə texnologiyalarının inkişafı daxildir”, - nəşrdə qeyd edilir.
Nəşr vurğulayıb ki, Yaponiya NATO-nun Hind-Sakit okean regionunda artan iştirakını alqışlayır. Yaponiyanın baş naziri həmçinin Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnikanın tədarükü və döyüşçülərin hazırlanmasını koordinasiya edən alyans komandanlığına qoşulmaqda maraqlı olduğunu bildirib.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Aprel 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















