Icma.az
close
up
RU
Yaponiya XİNin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

Yaponiya XİNin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Masaki İşikava ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Bildirilib ki, tərəflər Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin gündəliyi üzrə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər:"Müzakirələr zamanı iqtisadi və ticarət əlaqələrinin, xüsusilə sənaye və enerji sahələrində əlaqələrin genişləndirilməsi, eyni zamanda humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu xüsusda Azərbaycan ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rolu vurğulanıb və gələn il növbəti birgə iclasın keçirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın ikitərəlimünasibətlərin inkişaf etdirilməsində mühüm rolu qeyd edilməklə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib".Diqqətə çatdırılıb ki, görüş zamanı qarşı tərəfə postmünaqişə dövrü, Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina problemi, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.Xarici işlər nazirinin müavini Elnur Məmmədov həmkarına COP29-un uğurlu təşkili, əldə edilmiş nəticələr barədə məlumat verib və COP29 Sədrliyinə göstərdiyi dəstəyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib."Qarşı tərəf Azərbaycanı COP29 sədrliyi, habelə tədbirin yüksək səviyyədə peşəkarlıqla təşkili və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə səylərinin gücləndirilməsi istiqamətində liderlik səylərinə görə təbrik edib. COP29 çərçivəsində əldə olunmuş vacib razılıqların, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən olunmasının, Paris Sazişi, maliyyə institutlarının illik iqlim maliyyəsi öhdəliyi, habelə İtki və Zərərə cavab verən Fond ilə bağlı qəbul olunan mühüm qərarların əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ölkəmizin fəaliyyəti təqdir edilib", - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri