Yaponiyadan Rusiya ilə bağlı gözlənilməz addım
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiya rəsmiləri hazırda Rusiyaya rəsmi səfərə hazırlaşırlar və bu səfər may ayının sonlarında baş tuta bilər.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Yaponiya Ticarət Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, nümayəndə heyətinə hökumət rəsmiləri ilə yanaşı, özəl sektor nümayəndələri də qoşula bilər. Bu addımın əsas səbəbi əmlak məsələlərinin həlli zərurətidir.
Agentlik müvafiq nazirliyə istinadən bildirib ki, Rusiyada qalan yapon şirkətlərinin aktivlərini qorumaq lazımdır.
Mövcud məlumata görə, Yaponiya hökuməti artıq müvafiq sorğular aparır və Moskva ilə hökumətlərarası əlaqə saxlayır. Eyni zamanda, Tokio geniş iqtisadi əməkdaşlığın bərpası ilə bağlı şayiələri qəti şəkildə təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 10 May 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















