Yaponiyadan İsrailə ÇAĞIRIŞ
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Yaponiya xarici işlər naziri İvaya Takeşi vasitəsilə İsraili beynəlxalq qanunlara hörmət etməyə və İranla gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, xarici işlər naziri İvaya Takeşi israilli həmkarı Gideon Saar ilə telefon danışığında Tokionun İranla qarşılıqlı hücumlar və onların törətdiyi geniş dağıntılarla bağlı dərin narahatlığını dilə gətirib.
İranın nüvə proqramına toxunan İvaya “bu problemin dialoq yolu ilə həlli üçün səylərin vacib olduğunu” vurğulayıb.
İranla gərginliyi daha da artıra biləcək hər hansı hərəkətlərdən çəkinmək lazım olduğunu və sakitliyin bərpa olunmasının əsas prioritet olduğunu qeyd edən İvaya İsraili beynəlxalq hüquqa hörmət etməyə və İranla gərginliyi artırmaqdan çəkinməyə çağırıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















