Yaponiyadan gözlənilməz addım: Çin qəzəbləndi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyanın Baş naziri Sanae Takaiçinin yapon militarizminin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərməsi Çinin etirazına səbəb olub.
Axar.az xəbər verir ki, ianə olaraq "masakaki" adlanan, dibçəkdə bitən ağac paytaxt Tokiodakı məbədə payız festivalının başlaması ilə əlaqədar göndərilib.
Sanae Takaiçi əvvəllər həmin ziyarətgaha yaz və payız festivalları zamanı, eləcə də Yaponiyada müharibənin bitməsinin qeyd olunduğu 15 avqust tarixində baş çəkirdi. Lakin ötən ilin oktyabrında Liberal Demokrat Partiyasının lideri olduqdan sonra o, bunu etməyib.
Çinin Yaponiyadakı səfirliyi bəyanat yayaraq, Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsini tənqid edib. Səfirlik rəsmi açıqlamasında bu addımı tarixi ədalətə qarşı hörmətsizlik və müharibədən sonrakı beynəlxalq nizama meydan oxuma kimi qiymətləndirərək pisləyib. Bu il "Tokio prosesi" kimi tanınan Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunalın fəaliyyətə başlamasının 80-ci ildönümünü xatırladan Pekin Yaponiya hökumətini özünün təcavüzkar keçmişi barədə dərindən düşünməyə və militarizmdən birdəfəlik imtina etməyə çağırıb.
Qeyd edək ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra edam edilən hərbi cinayətkarların da adları yer alır. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi və ya ora ianə göndərməsi ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Oktyabr 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















