Yaqut İmanova: Flora Kərimovanın səhhəti normaldır
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Flora Kərimovanın müalicəsi xəstəxana şəraitində davam etdirilir.
Bu barədə "Report"a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin səhhəti normaldır.
"Biz onsuz da hər il iki dəfə onu həkim müayinəsinə gətiririk. Bu dəfə həkimlər belə məsləhət gördü ki, bir az xəstəxana şəraitində müalicə alsın. Hazırda xəstəxanadadır. Qidalanması da, əhvalı da, normaldır".
Yaqut İmanova Xalq artistinin evə buraxılmasına həkimlərin qərar verəcəyini deyib.
"Hələlik evə buraxılması gözlənilmir. İrəliləyən günlərdə ola bilər".
Qeyd edək ki, bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Baxış sayı:119
Bu xəbər 15 İyun 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















