Icma.az
close
up
RU
Yaradan olmaq arzusu

Yaradan olmaq arzusu

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu mövzuya bioloji mühəndislik haqqında danışmaqla başlamaq baş verəcəklərin ciddiliyindən xəbər verir. Biz üzvi cisimlərin potensialını tam dərk etmirik və tez-tez onların əhəmiyyətini yaddan çıxarırıq. Dörd milyard il ərzində amöbdən Sapiensə qədər yol gələn təbii seçmə bizə Sapiensin təbii seçmənin sonu olduğunu düşünməyə əsas vermir. G

enlərimizin, sinir hüceyrələrimizin müəyyən qədər dəyişməsi nəticəsində biz primitiv əl alətləri düzəltməkdən başlayaraq süni intellekt hazırlayan insanlar olduq. Hormonlarımızda cüzi dəyişiklik nəticəsində gələcəkdə daha nələr hazırlaya biləcəyik? Bu yerdə biomühəndislik fəal şəkildə özünü ortaya atır və "mən təbii seçmənin növbəti mərhələsini gözləməyəcəyəm” deyir. Beyin sinirlərini dəyişməyi, hormonlara fəal müdaxiləni, genetikamıza acgözlüklə elmi hücum etməyi qarşısına öhdəlik kimi qoymuş biomühəndisliyin yeni sürprizlərinə hazır olmalıyıq. Bu prosseslərin çoxu bu gün elm adamlarının arasında öhdəlik kimi qoyulduğu halda, biz səhər evimizdən çıxıb işə gedirik və özümüz özümüzü idarə etdiyimizi sadəlövh şəkildə düşünürük.

İkinci vacib sahə kiborq mühəndisliyidir. Bu sahənin adamları üzvi bədəni qeyri-üzvi cisimlərlə əvəz edəndə, özləri ilə qürur duyurlar. Məsələn, süni gözlər, bionik əllər, ya da nanorobortlar.

Nanorobortların işi daha maraqlıdır, onlar qan dövranında hərəkət edir, oradakı zədələri, problemləri həll edirlər. Kiborqlar bədən üzvlərinin edə bilmədiyi üstünlüyə malikdir. Üzvi bədənin normal fəaliyyəti üçün bütün üzvlər bir-biri ilə əlaqədə olmalıdır. İnsanın gözləri ikinci mərtəbədə, ayaqları şəhərin ortasında ola bilməz. Amma kiborq evindən çıxmadan, dünyanın müxtəlif yerlərində işini görə bilir. Həkim-kiborqdursa, cərrahi əməlliyyat və ya kosmik sahədə çalışırsa, Marsda proseslərə başçılıq edəcək. Bunun üçün ona sürətli internet, bionik əlllər və gözlər lazımdır, uzağa getməsə də olar.

Elmi məqalələrin birində oxumuşdum: "Həkim-kiborq öz zehnini bilavasitə alətlərə birləşdirə bilirsə, nə üçün əlləriylə skalpel tutmalıdır?” Fantastik görünür, amma reallığa yaxındır. Aşağıda isə konkret nümunələr danışır. Meymunun beyninə elektrod implantasiya edilir, bunun sayəsində meymun bədənindən ayrı olan bionik ayaqları idarə edir. İflic xəstələri düşüncənin köməyi ilə bionik üzvlərini hərəkət etdirir.

Şlemin köməyi ilə uzaqdan otağın işığını yandıra bilərsiniz. Şlem 400 dollardır və onun vasitəsilə əvvəlcədən proqramlaşdırılmış işıqları bir işarə ilə yandırmaq olur. Bunun üçün ayağa durmursunuz, beyninizə elektrod qoyulmur, sadəcə başınızın dərisindən keçən elektrik siqnallarını şlem oxuyur və yerinə yetirir.

2015-ci ildə Stokholmda işçilərin əlinə mikroçiplər yerləşdirildi. O, düyü dənəsi boyda idi. O, təhlükəsizlik haqqında şəxsi informasiyanı daşıyır və işçi əlini tərpədərək qapı açır, yaxud cihazları idarə edirdi.

Kiborq mühəndislər qeyri-üzvi hissələrin hegemonluğu üçün çalışır. Cəsarətli ideyaları üzvi kimyadan almağımıza baxmayaq, qeyri-üzvi inkişaf təbii üzvlərimizin sıradan çıxmasına səbəb olur. Ən güclü bakteriyalar da Marsda yaşaya bilmir. Amma süni zəka yad planetdə asanlıqla yaşaya bilər. Bu qalaktik imperiyanın yaranmasına gətirəcək. Səbəbkar isə kiborq mühəndislər olacaq. Məktəbli də qalaktik imperiyanın dövlətlərə hansı gücü verdiyini təxmin edə bilər. Əslində isə hər birimizə dövlətlərin çoxdan bu gücə sahib olmaq istədikləri məlumdur.

Bütün bu yeniliklərə baxmayaraq, insan beyninin dərin qatları dəyişməyib. Yəni dini kitablarda, antik ədəbiyyatda emosional gərginliyi və rahatlığı olan insan elə bizim kimidir. Eyni hadisələrə gülürük, eyni hadisələrə ağlayırıq, dərin məzmunlu kitabı qavramağımız oxşardır, həzin musiqi çoxumuza oxşar şəkildə təsir edir.

Əgər bu belədirsə, niyə insan özü üçün ilahi qabiliyyətlər axtarışındadır? Ölümdən, əzabdan qaçmaq üçün yaratmaq və məhv etmək çıxış yoludurmu?

Əgər insan uzun əsrlər əvvəl bədənini dəyişmək, uzaqdan ünsiyyət qurmaq, təbiətə nəzarət etmək, göydə uçmaq, fikirləri oxumaq kimi istəklər üçün çalışırdısa və bu gün bunların hər birinə nail olubsa, niyə hər şeyə qadir olmaq arzusuna əks çıxa bilmir?

İnsan elmi təcrübə adı altında, əslində tanrı mərtəbəsinə yüksəlmək xəyalları üçün çalışır?

Şor suyu sutəmizləyici cihazlarla içməli su halına gətirən insan, dini kitablarda sadə insanların tanrıdan gözlədiklərindən daha yaxşı nəticə qazanır. Dua edib, göylərə üz tutub, bol məhsula ümid etmək yerinə, gübrələr, zərərvericilərə qarşı mübarizə, geni dəyişdirilmiş toxumlar vasitəsi ilə qısa zamanda uğur qazanırlar. Butün bunlara baxmayaraq, insanlar dayanmaq bilmirlər.

Ən qorxduğumuz hadisə – insanın robortların üsyanı ilə məhv edilməsi – bizim tədqiqatlarımızı, ilahilik iddiamızı heç cür dayandıra bilmir.

Smartfonların bizi idarə etməsi ilə ilk baxışda razılaşmayan hikkəmiz var. Özümüzü kənardan müşahidə etsə də, etməsə də, sonu görünməyən istəklərimizdən əl çəkə bilmirik. Sual kifayət qədər genişdir, dərindir, həyat əhəmiyyətlidir, - öz sonumuzu özümüz hazırlayırıqmı?

Görəsən, bu, doğrudanmı belə olacaq?

Tanrı iddiasında olan insan robotlar tərəfindən sonunu hazırlayacaq?

Könül Nuriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri