Icma.az
close
up
RU
“Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat keçirilib

“Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Yaradıcı Azərbaycan" mədəni və yaradıcı sənayelərə (MYS) dair xüsusi təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni və yaradıcı sənayelərə ciddi önəm verildiyini deyib. O, bu sahənin inkişafı üçün müxtəlif təşəbbüslərin həyata keçirildiyini və dövlətin bu istiqamətdə mühüm addımlar atdığını vurğulayıb. Nazir diqqətə çatdırıb ki, mədəni və yaradıcı sənaye sahələri UNEC mütəxəssisləri ilə birgə təsnifatlaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Mədəniyyət Nazirliyi tərəfindən qrant müsabiqəsinin təşkil edildiyini deyən nazir bildirib ki, bu layihələr üçün 300 min manat vəsait ayrılıb. O, həmçinin paytaxtda “Yaradıcı mərkəz”in təsis edildiyini vurğulayaraq, bu mərkəzin yaradıcı şəxslərin və startapların dəstəklənməsi üçün mühüm platforma olacağını qeyd edib.

Adil Kərimli çıxışında mədəni və yaradıcı sənayelərin inkişafında rəqəmsallaşmanın mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu sahədə rəqəmsal texnologiyaların tətbiqi yaradıcılıq imkanlarını genişləndirməklə yanaşı, mədəni irsin qorunması və qlobal səviyyədə tanıdılmasına da töhfə verir.

Nazir qeyd edib ki, rəqəmsal platformaların yaradılması, mədəni məhsulların onlayn təqdimatı və yeni texnoloji həllərin tətbiqi bu sahənin dayanıqlı inkişafına xidmət edir. Mədəniyyət Nazirliyi bu istiqamətdə bir sıra layihələr həyata keçirir.

Adil Kərimli, həmçinin “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı ali təhsil müəssisələrinə və biznes subyektlərinə müraciət ünvanlayıb. O, “Yaradıcı Azərbaycan” layihəsinin rezidentləri sırasında tələbələrin də olduğunu deyib: “Onların yaradıcı potensialının dəyərləndirilməsində ali təhsil müəssisələrinin xüsusi fəallığı lazımdır. Eləcə də bu istiqamətdə biznes subyektlərindən də müəyyən addım gözləyirik”.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək” mövzusunda məruzəsi dinlənilib. Yaradıcı sənayenin əhəmiyyəti haqqında danışan K.İmanov bildirib ki, müasir iqtisadiyyatda yaradıcı sənayelərin rolu getdikcə artır və bu sahənin inkişafı innovasiya, mədəni irs və əqli mülkiyyətin effektiv qorunması ilə sıx bağlıdır. 

Onun sözlərinə görə, “Yaradıcı Azərbaycan”da yaşamaq hər birimizin istəyi, gerçəkləşən həyatı və qürur hissidir. Qədim Azərbaycan xalqının irsi, o cümlədən ənənəvi mədəni nümunələri, ənənəvi bilikləri, ənənəvi sənətkarlığı kreativliyindən irəli gəlir. Bakı artıq dizayn üzrə “kreativ şəhər” qəbul olunub və ümidvaram ki, bu cərgəyə digər mədəni mərkəzlərimiz də daxil olacaq. Bunun üçün obyektiv əsaslar mövcuddur və ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən və kreativ siyasətidir.

Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun Azərbaycanın yaradıcı və sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısı, mədəniyyətə, milli mədəni dəyərlərimizə olan diqqəti və humanitar sahədə həyata keçirdiyi layihələri kreativ Azərbaycanın reallaşdırılmasında təkanverici qüvvədir və böyük rəğbətlə qarşılanır. Kreativ iqtisadiyyata hər birimiz üçün yol açıqdır: bunun açarı – təcrübə, vərdiş və ideyalarımızın istifadəsini, tətbiqini tapmaqdadır. Bunun isə başında, ixtiraçılıq və yenilikçiliyə üz tutan təxəyyül durur.

O bildirib ki, müasir dünyada kreativ industriyaları, kreativ iqtisadiyyatı intellektin, əqlin məhsulu olan əqli mülkiyyətsiz təsəvvür etmək mümkün deyil. XX əsrin görkəmli filosofu Karl Popper intellektin, təxəyyülün və biliklərin istənilən maddi əşyadan fundamental və dəyərli olduğunu nümayiş etdirən bir situasiyanı təsəvvürə gətirməyi təklif edirdi: fərz edək ki, sənaye və sosial strukturlar da daxil olmaqla, iqtisadiyyatımız məhv edilmiş və ya yox olmuşdur. Yalnız elmi və mədəni biliklər qorunub saxlanmışdır. Bu halda bəşəriyyətin yeni nəsilləri intellekt və qorunub saxlanmış biliklər hesabına yox olmuş maddi və sosial obyektləri qısa müddət ərzində bərpa edə biləcəkdir. Bununla yanaşı, filosof qeyd edirdi ki, əks halda, yəni bütün biliklər məhv olmuşdursa və yalnız maddi dünya qorunub saxlanmışdırsa, bu mənzərə bizə tərk edilmiş sənaye dünyasında sonradan vəhşi tayfaların məskunlaşdığını xatırladardı”, - deyə Kamran İmanov qeyd edib.

Kamran İmanov diqqətə çatdırıb ki, əqli mülkiyyətin qorunması və əhəmiyyəti ilə bağlı digər bir misal musiqi alətlərinin icadı ilə bağlıdır. Saksofon orkestrin yeganə patentli alətidir. Ona Fransada 1846-cı ildə Adolf Saks tərəfindən patent alınmışdır. Sonrakı təxminən 70 il ərzində saksofona aid 14 patent alınmışdır, bəziləri Saks tərəfindən, bəziləri isə digərləri tərəfindən. Bu patentlər saksofonun müştük hissəsinin, alt saksofonun və digər müxtəlif növlərinə və müasir təkmilləşdirilmiş saksofonun yaranmasına gətirib çıxarmışdır. Bu texnologiya ictimai varidat sahəsində 100 ildən artıqdır ki, mövcuddur, patentlər açıqlanıb və hər kəs saksofonu istifadə və istehsal edə bilər.

“Con Houkins, kreativ iqtisadiyyatın atalarından biri, son 15 ildə kreativ iqtisadiyyata aid bir sıra kitabların müəllifinin dediyi kimi, “kreativ iqtisadiyyat” ideya və pul ilə təmasdadır, bunların işini qurur. Odur ki kreativ industriya (sənaye) – əqli mülkiyyətin yaradılmasına və kommersiyalaşmasına, yaradıcılığa və mədəni məhsullara əsaslanan iqtisadiyyat sektorudur. Bu sıraya ənənəvi olaraq, incəsənət, dizayn, musiqi, kino, ədəbiyyat, moda, reklam, IT, memarlıq, video-oyunlar və çoxlu kreativlikdən qaynaqlanan digər sahə, sferalar aiddir. Az sonra qısa məruzəmdə kreativ industriyaların ontoloji məsələləri, o cümlədən yaranması və mahiyyəti, ümumi əsasları və prinsipləri, strukturu və qanuna uyğunluqları, mədəni industriyadan fərqi və fərqi təşkil edən sərhədləri, dünyəvi və Azərbaycan təcrübəsi və s. məsələlər üzrə imkan çərçivəsində dayanmaq fikrindəyəm”, - deyə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri söyləyib.

Kamran İmanov vurğulayıb ki, kreativ iqtisadiyyatın inkişafı üçün müvafiq şərtlər yerinə yetirilməlidir – istehlakçılar, yəni onların savad, intellekt və maliyyə təminatı, təhsilli olması, əmək resursları (yəni fərdi yaradıcılıq təfəkkürü və yeni ideyaların generasiyası mövcudluğu, bir sözlə, “kreativ sinfin” güclənməsi) və məkan-mikromühit (yəni zəngin institusional bazalara malik meydançalar olması): “Bu işlər başlanılıb və həmin istiqamətlərdə çalışmalara uğurlar arzulayıram”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ağdam şəhər 1 nömrəli orta məktəbində STEAM Azərbaycan layihəsi həyata keçiriləcəyi barədə məlumat verib. O bildirib ki, layihə Laçın şəhərində, Zabuxda və Şuşada orta məktəblərdə təşkil ediləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ölkə iqtisadiyyatında mədəni və yaradıcı sənayelərin dəstəklənməsi ölkənin dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Onun sözlərinə görə, xüsusilə kino, moda, dizayn, oyun sənayesi və mədəni startaplar kimi sahələrdə innovativ yanaşmaların tətbiqi bu sektorun potensialını daha səmərəli reallaşdırmağa imkan yaradır.

Orxan Məmmədov KOBİA-nın yaradıcı sahibkarlıq subyektlərinin inkişafına yönəlmiş layihələrin qrant maliyyələşdirilməsini həyata keçirdiyini deyib: “Qaydaya uyğun olaraq hər bir layihə üzrə maliyyələşdirmə məbləği 20 min manatadək müəyyən edilmişdir ki, bu da innovativ və yaradıcı həllərin tətbiqini stimullaşdırmaqla yanaşı, mədəni və sənətyönümlü fəaliyyət göstərən sahibkarların bazara inteqrasiyasına da dəstək hesab edilə bilər”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında yaradıcı sənayelərin inkişafının iqtisadi dəyərin formalaşmasına, məşğulluğun artmasına və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verdiyini bildirib.

O qeyd edib ki, müasir dövrdə dizayn, video istehsalı, planlaşdırma, meteorologiya və digər yaradıcı sahələr qlobal bazarda getdikcə daha çox əhəmiyyət qazanır. Bu sahələr qadınların məşğulluğunun artmasına, yeni biznes imkanlarının yaranmasına və yaradıcı mühitin genişlənməsinə şərait yaradır.

Nazir müavini vurğulayıb ki, infrastrukturun inkişafı, yeni texnologiyaların tətbiqi və innovativ metodların istifadəsi yaradıcı sənayelərin daha da güclənməsinə imkan verir.

Daha sonra “İnvest to Create” platformasının idarəedici partnyoru texnoloji innovasiya üzrə israilli mütəxəssis Tal Katran və “Yaradıcı mərkəz”in İcraçı direktoru Lalə Əhmədova, (İ2C) “İnvest2Create” investisiya evi barəsində təqdimatla çıxış ediblər.

Qeyd edək ki, “Yaradıcı Azərbaycan” Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən, mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına yönəlmiş bir təşəbbüsdür.

Layihənin əsas məqsədi Azərbaycanda MYS-lərin potensialını cəmiyyətə tanıtmaq və onu qlobal bazara çıxarmaqdır. Bura kino, animasiya, oyun texnologiyaları (Gametech), moda, musiqi, mədəniyyət sahəsində çalışan startaplar (Cultech) və digər yaradıcı istiqamətlər daxildir.

MYS-lərin inkişafı ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilib, qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi baş tutub, "Mədəniyyət və yaradıcı sənayelər" üzrə xüsusi Təqaüd Proqramına start verilib. Həmçinin ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) açılışı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri