Icma.az
close
up
RU
Yardımlıda zəmilər göz görə görə MƏHV OLUR...

Yardımlıda zəmilər göz görə görə MƏHV OLUR...

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Yardımlı rayonunda taxıl biçini ilə bağlı ciddi problem yaranıb. Belə ki, rayonun bir neçə kəndində fermerlər kombayn çatışmazlığından şikayətlənirlər.

“Bakupost”a müraciət edən fermerlərin sözlərinə görə, bu il hava şəraiti əlverişli keçib və məhsuldarlıq yüksək olub. Lakin texnika çatışmazlığı səbəbindən yetişmiş buğda sahələrdə qalır və günbəgün tökülərək yararsız hala düşür.

Onlar bildirirlər ki, əsas problem vaxtında kifayət qədər kombaynın cəlb edilməməsidir:

“Bu il məhsul yaxşıdır. Amma biçməyə kombayn yoxdur. Hər gün tarlaya baxırıq, buğda öz-özünə tökülür. Bu təkcə bizim zəhmətimiz deyil, rayonun itkisidir. Bu mənzərə sadəcə kəndlinin deyil, rayonun idarəçiliyinin də acı göstəricisidir”.


Fermerlər iddia edirlər ki, biçin mövsümünün vaxtı əvvəldən bəlli olmasına baxmayaraq, Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov tərəfindən hazırlıq işləri görülməyib:

“Günlərdir müraciət edirik. Amma ortada nəticə yoxdur. Əgər vaxtında əlavə kombaynlar gətirilsəydi, yüzlərlə ton məhsul xilas olunardı. İndi isə kəndlinin bir illik zəhməti hədər gedir.

Yardımlı Rayon İcra Hakimiyyəti və onun başçısı Ayaz Əsgərovun diqqətinə çatdırmaq istərdik ki, kənd təsərrüfatı hesabatlarda deyil, məhz tarlalarda qiymətləndirilir. Bu gün sahələrdə biçilməmiş qalan buğda sünbülləri idarəetmənin səmərəliliyinə verilən ən sərt qiymətdir. Fermerin əziyyətinin hədər getməsi heç bir statistik göstərici ilə ört-basdır edilə bilməz”.

Fermerlər qeyd edirlər ki, yüzlərlə ailə ilin qazancını bu məhsula bağlayıb.

“Belə davam edərsə, kənddən köçün qarşısını almaq barədə deyilənlər sadəcə şüar olaraq qalacaq. Rayon rəhbərliyi vəziyyətə dərhal müdaxilə etməli, əlavə kombaynların cəlb olunmasını təmin etməli, biçin prosesini operativ təşkil etməlidir.

Ayaz müəllim, Yardımlı kəndlisi sizdən bəyanatlar deyil, konkret tədbirlər gözləyir. Bu gün tarlada itirilən hər sünbül, əslində, idarəçilikdə buraxılan bir boşluğun nəticəsidir. Vaxt hələ tam itirilməyib, amma hər keçən gün yüzlərlə kiloqram məhsulun yox olması deməkdir”.

Lalə,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 İyul 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri