Icma.az
close
up
RU
Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır Siyahıda Azərbaycan da var

Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır Siyahıda Azərbaycan da var

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sovet İttifaqı tərəfindən 1972-ci ildə buraxılmış "Kosmos 482" adlı yarım tonluq kosmik aparat Yer kürəsinə düşəcək.

Modern.az-ın məlumatına görə, kosmik aparat nəzarətsiz qalıb və onun hara düşəcəyi əvvəlcədən bəlli deyil.

Aparatın düşmə riski olan ərazilər sırasında Azərbaycan da var.

"Kosmos 482" kosmik aparatı "Venera 8" planetlərarası tədqiqat proqramının ehtiyat hissəsi kimi Baykonur kosmodromundan buraxılıb. Əslində onun missiyası Veneraya enmək idi. Lakin buraxılış zamanı raket mühərrikində yaranan texniki nasazlıq səbəbindən aparat Yer orbitində ilişib qalıb.

NASA-nın məlumatına görə, 495 kiloqramlıq eniş modulu və mühərrik bloku hələ də orbitdə yüksək elliptik trayektoriya üzrə hərəkət edir. Onun atmosferə nə vaxt daxil olacağı tam dəqiq bilinmir, lakin ehtimallara görə, bu, 8–14 may tarixləri arasında baş verəcək.

Kosmik texnika üzrə ekspert Georgi Trişkin bildirir ki, "Kosmos 482"nin hazırlanma forması (Venera kimi sıx atmosferə malik planetə düşmək üçün dizayn edilib) onun Yer atmosferindən salamat keçmək ehtimalını artırır. Bu da deməkdir ki, aparat parçalanmadan və yanmadan Yerə çata bilər.

Trişkinin sözlərinə görə, aparatdan ayrılan bəzi hissələr artıq əvvəlki illərdə Yeni Zelandiyaya düşüb. İndi isə əsas risk modula aiddir. Onun hesablamalarına görə, bu modul saniyədə 242 km sürətlə düşərsə, təxminən 1,2 meqacoul gücündə partlayış effekti yarada bilər. Bu, bir neçə yüz qram TNT partlayışına bərabərdir.

Risk altında olan ərazilər sırasında Orta Asiya, Orta Şərq və Cənub-Şərqi Avropa ilə yanaşı, Azərbaycan, Türkiyə, Misir və Suriya da var. Hava şəraiti və orbit dəyişiklikləri bu ehtimalları dəyişə bilər.

Xatırladaq ki, bu cür nəzarətsiz düşmələr əvvəllər də olub. Məsələn, Mir kosmik stansiyası 2001-ci ildə planlı şəkildə atmosferə daxil edilib və qalıqları Sakit okeana düşmüşdü. Amma "Kosmos 482"nin düşüşü planlı deyil və trayektoriyası qeyri-müəyyəndir.

Trişkinin fikrincə, modulun paraşüt sistemi artıq sıradan çıxıb, bu da onun zərbə anında struktur bütövlüyünü itirməsinə səbəb ola bilər. Lakin istənilən halda, bu hadisə potensial təhlükə daşıyır və diqqətlə izlənməlidir.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 May 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri