Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı (Aİ) Şurasının “Regionlararası təhlükəsizlik və əlaqə” mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək.
Globalinfo.az xəbər verir ki, görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir.
Oktyabrın 19-20-də Lüksemburq şəhərində baş tutacaq iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.


