Icma.az
close
up
RU
Trampdan tarixi qərar: siyahıda Azərbaycan da var

Trampdan tarixi qərar: siyahıda Azərbaycan da var

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixini ölkənin iqtisadi müstəqilliyi günü elan edib və genişmiqyaslı gömrük tarifləri tətbiq etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Ağ Evin Rəngli Bağında təşkil olunan tədbirdə Tramp ABŞ-ın son 50 ildə iqtisadi istismara məruz qaldığını iddia edib və bu vəziyyətin dəyişəcəyini bildirib.

Yeni tariflər Çin üçün 34%, Avropa İttifaqı üçün 20%, Yaponiya üçün 24%, Hindistan üçün 26% təşkil edəcək. Ən yoxsul ölkələrdən biri olan Vyetnam və Myanma üçün isə bu tariflər 50%-ə qədər artırılacaq.

Bundan əlavə, bütün ölkələrdən minimum 10%-lik gömrük rüsumu alınacaq. Bu addımın əsas məqsədi ABŞ iqtisadiyyatını qorumaq və ticarət balansını bərabərləşdirməkdir.

Siyahıda Azərbaycanda da var. ABŞ ölkəmizə 10% gömrük rüsumu tətbiq edib.

Tramp Konqresin təsdiqini gözləmədən tarifləri tətbiq etmək üçün ABŞ-ın xarici ticarət kəsirini fövqəladə hal elan edib. Bu addım Trampa qanunvericilikdən yan keçərək birbaşa qərarlar verməyə imkan yaradır.

"İllər boyu zəhmətkeş amerikalılar kənarda oturmaq məcburiyyətində qalıblar, digər ölkələr isə əsasən bizim hesabına zənginləşib və güclü olublar. Amma indi çiçəklənmə növbəsi bizimdir", - Tramp deyib.

Ticarət tərəfdaşları – Çin, Avropa İttifaqı və Kanada bu tariflərə qarşı çıxıb, sərt cavab tədbirləri görəcəklərini açıqlayıblar. Ekspertlər hesab edirlər ki, Trampın proteksionist siyasəti qlobal ticarətə mənfi təsir göstərəcək və dünya iqtisadiyyatında böhrana səbəb ola bilər. ABŞ vətəndaşları isə bu tariflərin təsirindən dolayı qiymət artımları ilə təsirlənəcək.

Tramp tariflərin iqtisadi ədaləti bərpa edəcəyini iddia etsə də, mütəxəssislər bunun əsasən daxili siyasətdə və beynəlxalq danışıqlarda ona əlavə təzyiq rıçaqları qazandırmaq məqsədi daşıdığını bildirirlər. ABŞ prezidenti bu tariflərdən istifadə edərək, Avropanı daha çox müdafiə xərcləri çəkməyə məcbur etmək, Kanada və hətta Qrenlandiyanı öz nəzarətinə keçirmək istədiyini açıq şəkildə ifadə edib.

Beynəlxalq iqtisadi ekspertlər Trampın ikinci prezidentlik dönəmində bu tariflərin davamlı olub-olmayacağını və ya gələcək razılaşmalarla yumşaldılıb-yumşaldılmayacağını proqnozlaşdırmağın çətin olduğunu bildirirlər. Lakin aydındır ki, 2 aprel 2025-ci il qlobal ticarət tarixində dönüş nöqtəsi kimi qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri