Yarım tonluq kosmik tullantı insanların yaşadığı əraziyə düşdü FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keniyanın ucqar yaşayış məntəqələrindən birində qəribə hadisə baş verib.
Avtosfer.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Mukuku kəndinə kosmosdan diametri 2,5 metr, kütləsi 500 kiloqram olan metal halqa düşüb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
İlkin ehtimala görə, kosmik tullantı fəzaya qalxan raketdən düşüb. Raketin hansı ölkəyə məxsus olduğu araşdırılır. Keniya Kosmik Agentliyi obyektin sahibi müəyyən olunduqdan sonra onun beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunmasını tələb edəcək.
Qeyd edək ki, kosmik tullantıların əksəriyyəti atmosferə daxil olduqdan sonra ya yanır, ya da okeana düşür. Lakin istisnalar da baş verir. Bu vaxtadək kosmik tullantının Yerə düşməsindən ölüm qeydə alınmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















