Icma.az
close
up
RU
Yarımçıq qalan dərs davam edir Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu

Yarımçıq qalan dərs davam edir Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəlbəcər, 5 oktyabr, AZƏRTAC

Yaqut Əkbərovanın müəllimlik yolu 1986-cı ildə doğma Kəlbəcərdə başlayıb. Sinif otaqları, lövhə qarşısında keçən dərslər, böyüyüb həyata atılan şagirdlər... İllər keçdikcə bütün bunlar onun müəllim ömrünün ən əziz xatirələrinə çevrilib.

Kəlbəcərin işğalı ilə o, təkcə doğma yurddan deyil, illərini verdiyi məktəbdən, sinif otağından, yarımçıq qalan dərslərindən də ayrı düşüb. Məcburi köçkünlük illərində müəllimlik fəaliyyətini davam etdirən Yaqut Əkbərovanın doğma Kəlbəcərə qayıtmaq arzusu isə heç vaxt sönməyib. O, bir gün yenidən doğma torpaqda məktəb qapısından içəri girəcəyinə, lövhə qarşısında dayanacağına inanıb.

Yaqut Əkbərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, işğaldan sonra bir müddət müəllimlik fəaliyyəti dayansa da, sonra Şamaxı rayonunun Günəşli kəndində yenidən dərs deməyə başlayıb: “İşğal zamanı məktəbdən ayrılmaq mənim üçün çox çətin idi. Bir müddət fəaliyyətimiz dayandı və yenidən Şamaxı rayonunun Günəşli kəndində fəaliyyətə başladım. Orada bizim üçün çox çətin oldu. Parta tapmaqda çətinlik çəkirdik, özümüz sinif otağında partalar düzəltdik. Çox inanırdıq ki, nə vaxtsa biz Kəlbəcərə qayıdacağıq, bir vaxt ağlaya-ağlaya tərk etdiyimiz Kəlbəcərə gülə-gülə qayıdacağımızı çox böyük səbirsizliklə gözləyirdik və inanırdıq ki, biz qayıdacağıq”.

Bu gün Yaqut Əkbərova doğma Kəlbəcərdə, Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə yenidən riyaziyyat müəllimi kimi şagirdlərin qarşısındadır. İllər əvvəl yarımçıq qalan dərsləri bu dəfə yeni sinifdə, yeni şagirdlərlə davam edir. Lövhəyə yeni misallar yazılır, sinif otağında yeni səslər eşidilir. Dəyişməyən isə Yaqut müəllimin peşəsinə sevgisi və doğma Kəlbəcərə bağlılığıdır.

“Bu gün mən özümü azad quş kimi hiss edirəm. Kəlbəcərimizdə, doğma yurdumuzdayıq və çox böyük qürur hissi keçirirəm. Sevinirəm ki, böyüyüb boya-başa çatdığım Kəlbəcərdə oxuyub təhsil aldığım 1 nömrəli məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. Bu gün doğma torpağımızda böyüyən uşaqlara dərs demək mənim üçün böyük qürur və məsuliyyətdir. Onların hər biri Kəlbəcərin sabahı, bu torpağın gələcəyidir”, - deyə Yaqut müəllim bildirib.

Müxbir - Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri