Yarımfinala vəsiqə qazanan daha bir komanda bəlli oldu
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Metbuat.az xəbər verir ki, "Araz-Naxçıvan" 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 2:0.
3-cü və 45-ci dəqiqədə Felipe Santos penalti zərbəsini dəqiq yerinə yetirib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn naxçıvanlılar növbəti raunda yüksəliblər. Komanda finala gedən yolda "Qarabağ"la üz-üzə gələcək.
Saat 19:30-da start götürəcək matçda "Neftçi" "Kəpəz"i (ilk oyun - 2:0) sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















