Icma.az
close
up
RU
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir AÇIQLAMA

Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycanda yas mərasimlərinin keçirilmə forması illərdir ictimai müzakirələrin və tənqidlərin mərkəzində dayanır. Əslində, bu mərasimlərin kökü insanlara mənəvi dayaq olmaq, acılarını paylaşmaq, yas sahibini tək buraxmamaq niyyəti ilə bağlıdır. Lakin zaman keçdikcə bu adətlər təhrif olunaraq, öz mahiyyətindən uzaq düşüb. Qədimdə mərhumun ailəsinə yardım etmək üçün bişirilən yeməklərin yerini bu gün bahalı restoranlarda keçirilən, israfçılıqla müşayiət olunan, yarışa çevrilmiş dəbdəbəli yas mərasimləri alıb. Milli Məclisin deputatı Razi Nurullayevin yas mərasimlərin qadağan edilməsinin Təzəpir və Heydər məscidlərindən başlanması təklifi ilə çıxış edib:  

“Nə qədər ki, burada ehsan verilir, insanlara bu tələbi qoymaq mümkün deyil. Azərbaycanda toy və yas mərasimləri qədim bir ənənədir. Bu, bizə ata-babalarımızdan miras qalıb və davam edir. Təəssüf ki, həm toy, həm də yas mərasimləri artıq adət-ənənə çərçivəsindən çıxaraq o həddə çatıb ki, insanlar da, dövlət də narahat olmağa başlayıb. İndi bir çox yerlərdə yas mərasimlərində yemək verilməsi dayandırılıb. Mənim deputat olduğum İmişli rayonunda artıq bu, bir çox kəndlərdə ənənəyə çevrilib. Mən də əlimdən gələni etdim. Bilirəm ki, Saatlıda, Bakının bəzi yerlərində də ehsan verilmir. Amma ümumilikdə məsələnin bütün ölkə üzrə tətbiqi üçün nümunəni rəhbər şəxslər göstərməlidir”.


Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi də “Sherg.az”a açıqlamasında deputat Razi Nurullayevin  dəbdəbəli yas mərasimlərinin qadağan edilməsi ilə bağlı prosesin Təzəpir və Heydər  məscidlərindən başlaması təklifini müsbət dəyərləndirib. Onun sözlərinə görə,  bu cür nüfuzlu ibadət məkanlarında başlanacaq dəyişikliklər, digər məscidlər və bölgələr üçün nümunə ola bilər. Yas mərasimlərinin mahiyyətini, sosial yükünü və bu yükün ailələrə vurduğu maddi-mənəvi zərərləri nəzərə aldıqda, bu təklif sadəcə dini deyil, sosial ədalət baxımından da zəruridir: 

“Yalnız bu halda günümüzlə ayaqlaşmayan köhnədən qalmış  adətləri aradan qaldırmaq olar. Əslində bu adət heç  köhnədən də qalmayıb. Keçmişdə yas düşən evə qohumlar yemək bişirib gətiriblər ki, kədər içində olan ölü sahibinə də yemək yedirsinlər. Sonralar yas mərasimləri üçün xüsusi yerlər inşa edildi və günümüzdə dəbdəbəli və bahalı bir biznes sahəsinə çevrildi. Burada dünyasının dəyişmiş insanın qohumları və yaxınları istismar edilir. Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir. Dünyasını dəyişənin özündən sonra azyaşlı övladları, təhsilini davam etdirən övladı, xəstə həyat yoldaşı qalıbsa və ya mərhumun özü uzunmüddətli yataq xəstəsi olaraq dünyadan köçübsə ailə üzvlərinə maddi yardım göstərilməlidir. Bəzən elə xəstələr olur ki, uzun müddətli bahalı müalicədən sonra dünyasını dəyişir. Adətən belə xəstələr evin  olan qalanını süpürüb dünyadan köçür. Belə ailələr üçün yasda könüllülük prinsipi ilə 10-15 manat miqdarında pul yığmaq Tanrı rizası üçün yaxşı iş olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri