Icma.az
close
up
RU
Bakıda bir stəkan çay içmək niyə lüksə çevrilib? AÇIQLAMA

Bakıda bir stəkan çay içmək niyə lüksə çevrilib? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda restoran və çay evlərində tək stəkan çay sifariş etmək getdikcə çətinləşir. Bir çox iaşə obyekti müştərilərə yalnız baha qiymətə təklif olunan çay dəstgahlarını məcburi seçim kimi təqdim edir. Ya yanında nəsə sifariş verməlisən, ya da dəstgah götürməlisən. Beləliklə, şəhərin mərkəzində çay içmək minimum 7,8 manata başa gəlir. Halbuki, bir stəkan çayın maya dəyəri 40 qəpikdən də azdır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, tək stəkan çay sifarişi obyektlərin sabit xərclərini ödəmir:
"Bu praktikanı həm iqtisadi, həm də xidmət sektoru strategiyaları ilə izah etmək mümkündür. Reallıq odur ki, bir stəkan çay sifarişi restoran və çay evlərinin sabit xərclərini qarşılamır. Yəni, elektrik, su, qaz, kirayə və işçi maaşları kimi əməliyyat xərcləri hər sifarişdən asılı olmayaraq qalır. Tək stəkan çay sifariş edən müştəri praktiki olaraq masadan, işçi vaxtından və xidmətdən istifadə edir, lakin ödəniş minimaldır. Bu səbəbdən bir çox müəssisələr yalnız dəstgah formatında satışla həm əməliyyat xərclərini qarşılamağa, həm də minimum gəliri təmin etməyə çalışır".
Ekspert bildirib ki, bu yanaşma qiymət fərqləndirmə strategiyasının bir hissəsidir. 
"Daha böyük paket və ya dəstgah formatını yüksək qiymətə təqdim etməklə müəssisələr gəlir marjasını artırır və eyni zamanda müştəriləri əlavə məhsul və xidmətlərə yönləndirir. Bu strategiya xidmət sektorunda premium təcrübə yaratmaq və müştəriləri daha çox ödəniş etməyə təşviq etmək məqsədini daşıyır. Xidmət sahəsində bu tendensiya həm də əməliyyat səmərəliliyini əks etdirir. Kiçik sifarişlərin emalı işçi və resurs baxımından səmərəsiz ola bilər. Paket satış və minimum sifariş strategiyaları müəssisələrə həm vaxt və əmək sərfini azaltmağa, həm də qiymətləri xərcləri əhatə edən səviyyədə formalaşdırmağa imkan verir".
Onun sözlərinə görə, qiymətlərin artması təkcə çayın maya dəyərini deyil, həm də xidmət, məkanın istifadəsi və əməliyyat xərclərini əks etdirir. 
"Zənnimcə, istehlakçı seçim imkanları qorunduğu halda bu praktika bazar prinsiplərinə uyğundur və xidmət sektorunda müşahidə olunan premiumlaşma və paket satış tendensiyalarının göstəricisidir. Tək çay sifarişlərinin məhdudlaşdırılması yalnız qiymət artırmaq məqsədi daşımır, həm də əməliyyat səmərəliliyi, gəlir marjasının qorunması və müştəri təcrübəsinin optimallaşdırılması məqsədini güdən strateji addımdır".
Bakıda çay sifarişi lüksə çevrildiyi halda, qardaş ölkədə məsələ fərqlidir. İstanbulun mərkəzi küçələrində, xüsusən turistlərin sıx olduğu meydanlarda əlində termosla gəzən şəxslər ucuz qiymətə tək stəkan çay təklif edirlər. Onlar iri restoranların dəstgah məcburiyyətinə qarşı daha əlçatan və sürətli alternativ yaradaraq ənənəvi çay mədəniyyətini küçələrdə yaşadırlar. Bu təcrübə göstərir ki, xidmət sektoru nə qədər premiumlaşmağa çalışsa da, sadə və tək stəkanlıq tələb həmişə özünə bazar tapır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Mart 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri