Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Bir stəkan çay və halva kifayətdir

Bir stəkan çay və halva kifayətdir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Təzəpir və Heydər məscidində başlayır, yaslar sadələşdirilir


Vasif Əfəndi: “Bu islahat digər məscidlərə nümunə olacaq”



Azərbaycanda yas mərasimlərinin keçirilmə forması illərdir ictimai müzakirələrin və tənqidlərin mərkəzində dayanır. Əslində, bu mərasimlərin kökü insanlara mənəvi dayaq olmaq, acılarını paylaşmaq, yas sahibini tək buraxmamaq niyyəti ilə bağlıdır. Lakin zaman keçdikcə bu adətlər təhrif olunaraq, öz mahiyyətindən uzaq düşüb. Qədimdə mərhumun ailəsinə yardım etmək üçün bişirilən yeməklərin yerini bu gün bahalı restoranlarda keçirilən, israfçılıqla müşayiət olunan, yarışa çevrilmiş dəbdəbəli yas mərasimləri alıb.

 Milli Məclisin deputatı Razi Nurullayevin yas mərasimlərinin qadağan edilməsinin Təzəpir və Heydər məscidlərindən başlanması təklifi ilə çıxış edib: “Nə qədər ki, burada ehsan verilir, insanlara bu tələbi qoymaq mümkün deyil. Azərbaycanda toy və yas mərasimləri qədim bir ənənədir. Bu, bizə ata-babalarımızdan miras qalıb və davam edir. Təəssüf ki, həm toy, həm də yas mərasimləri artıq adət-ənənə çərçivəsindən çıxaraq o həddə çatıb ki, insanlar da, dövlət də narahat olmağa başlayıb. İndi bir çox yerlərdə yas mərasimlərində yemək verilməsi dayandırılıb. Mənim deputat olduğum İmişli rayonunda artıq bu, bir çox kəndlərdə ənənəyə çevrilib. Mən də əlimdən gələni etdim. Bilirəm ki, Saatlıda, Bakının bəzi yerlərində də ehsan verilmir. Amma ümumilikdə məsələnin bütün ölkə üzrə tətbiqi üçün nümunəni rəhbər şəxslər göstərməlidir”.


Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi də Sherg.az-a açıqlamasında deputat Razi Nurullayevin  dəbdəbəli yas mərasimlərinin qadağan edilməsi ilə bağlı prosesin Təzəpir və Heydər məscidlərindən başlanması təklifini müsbət dəyərləndirib. Onun sözlərinə görə, bu cür nüfuzlu ibadət məkanlarında başlanacaq dəyişikliklər, digər məscidlər və bölgələr üçün nümunə ola bilər. Yas mərasimlərinin mahiyyətini, sosial yükünü və bu yükün ailələrə vurduğu maddi-mənəvi zərərləri nəzərə aldıqda, bu təklif sadəcə dini deyil, sosial ədalət baxımından da zəruridir: 

“Yalnız bu halda günümüzlə ayaqlaşmayan köhnədən qalmış adətləri aradan qaldırmaq olar. Əslində, bu adət heç köhnədən də qalmayıb. Keçmişdə yas düşən evə qohumlar yemək bişirib gətiriblər ki, kədər içində olan ölü sahibinə də yemək yedirsinlər.

Sonralar yas mərasimləri üçün xüsusi yerlər inşa edildi və günümüzdə dəbdəbəli və bahalı bir biznes sahəsinə çevrildi. Burada dünyasının dəyişmiş insanın qohumları və yaxınları istismar edilir. Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir. Dünyasını dəyişənin özündən sonra azyaşlı övladları, təhsilini davam etdirən övladı, xəstə həyat yoldaşı qalıbsa və ya mərhumun özü uzunmüddətli yataq xəstəsi olaraq dünyadan köçübsə, ailə üzvlərinə maddi yardım göstərilməlidir. Bəzən elə xəstələr olur ki, uzunmüddətli bahalı müalicədən sonra dünyasını dəyişir. Adətən belə xəstələr evin olan-qalanını süpürüb dünyadan köçür. Belə ailələr üçün yasda könüllülük prinsipi ilə 10-15 manat miqdarında pul yığmaq Tanrı rizası üçün yaxşı iş olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 03:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri