Icma.az
close
up
RU
Yaşadığı ömürü işiq mücəssiməsi olan Zərifə xanım

Yaşadığı ömürü işiq mücəssiməsi olan Zərifə xanım

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Tarixin müxtəlif dövrlərində yaşamış alimlər görkəmli şəxsiyyətlər olub ki, onlar Azərbaycanımızın çiçəklənməsində səmərəli fəaliyyəti bu gün də, sabah da gələcək nəsillər üçün bir örnəkdir. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, unudulmamışdır. Belə görkəmli şəxsiyyətlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevadır. Onun özünəməxsus nümunəvi, zəngin və çoxşaxəli həyat yoluna nəzər saldıqda bu həyat yolunda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqətdən yayınmır: ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz Zərifə xanım Əliyevanın şəxsiyyət olaraq ömrünə işıq saçmışdır. Gözəllik, sədaqət rəmzi olan böyük alim qadın-akademik, Azərbaycan ictimai-siyasi fikir tarixində dərin izlər qomuş Zərifə Əziz qızı Əliyeva 1923-cü ildə 28 aprel tarixində Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Zərifə xanım ziyalı bir ailədə böyümüşdür. Onun zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin əvəzsiz rolu olmuşdu. Zərifə xanım hələ orta məktəbdə həkim olmaq, xalqına bu istiqamətdə xidmət etmək haqqında düşünürdü. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirdikdən sonra bütün ömrünü oftalmologiyaya həsr edərək seçdiyi sənətin fədaisi olur. Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır.

Zərifə xanım təkcə həkim kimi gözlərə nur vermirdi, onun yaşadığı ömür işiq mücəssiməsi idi ki əhatəsində olan hər kəsə bu nurdan pay düşürdü . Onun gördüyü bütün işlərdə insan amili dayanırdı. İnsanlara şəfa vermək istəyi daynırdı. Akademik Zərifə xanım Əliyev tövsiyə edirdi ki, “Həkim insanın ən doğma adamıdır. O insanlardan özünü ayırmamalı, özünü sevən laqyed insan olmamalıdır.” Gözəllik, sədaqət rəmzi olan böyük alim qadın-akademik Zərifə Əziz qızı Əliyeva Azərbaycan ictimai-siyasi fikir tarixində dərin izlər qomuşdur. XX əsrin 40-cı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Alim dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyaraq sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Gözlər qəlbin aynasıdır. Gözlərdən qəlblərə uzanan yolun bələdçisi kimi Zərifə xanım bir çox xəstəyə Günəş işığını görmək səadətini bəxş etmişdir. Akademik Zərifə xanım Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına eyni zamanda bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə xanım Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Zərifə Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Ağır və təhlükəli vaxtlarda belə Zərifə Əliyeva ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevi bir an belə tək qoymayıb, Onun dayağına çevrilib. Akademik Zərifə Əliyeva ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. O öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirmişdi. Onun xalq qarşısında ən böyük xidmətlərindən biri də böyüdüb boya-başa çatdırdığı övladır. Prezident İlham Əiyev Azərbaycan xalqının ən ümdə arzusuna 30 illik torpaq həsrətinə son qoyaraq ərazilərimizin düşməndən azad edilməsinə, tarixi ədalətin bərpa olunmasına nail oldu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev anası akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin hörmət və ehtiramla xatırlayaraq bildirmişdir ki, “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”. Qayğıkeş ana, mehriban həyat yoldaşı, xeyirxah insan olaraq Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Samirə Hüseynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see179

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see139

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see132

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see127

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see125

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see110

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see110

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see108

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see106

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri