Icma.az
close
up
RU
Yasamal rayonunda şahmat yarışı keçirilib

Yasamal rayonunda şahmat yarışı keçirilib

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis edilməsinin 80 illik yubileyinə həsr olunan şahmat yarışı start götürüb.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, AMEA, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektoru və AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrin əməkdaşlarından ibarət komandalar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, keçirilən bu yarışlar sağlam həyat tərzinin təbliğinə, kollektivlərdə dostluq və həmrəyliyin gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, Azərbaycanın idman siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirərək idman infrastrukturunun inkişafına və kütləviliyin artmasına nail olub.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxışında yarışın “Konstitusiya və Suverenlik İli” çərçivəsində mühüm idman və ictimai hadisə kimi əlamətdar olduğunu vurğulayıb. O, idmanın insan sağlamlığının, vətəndaş birliyinin və gənclərin mənəvi inkişafının vacib amili olduğunu bildirib.
AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov qeyd edib ki, bu cür yarışlar həm idman, həm də mənəvi baxımdan böyük dəyər daşıyır. O, idmanın dövlət siyasətində kütləviliyin və sağlam rəqabətin təşviqinə xidmət etdiyini vurğulayıb və tədbirin həmrəyliyin, vətənpərvərliyin və düşüncə mədəniyyətinin təntənəsinə çevrildiyini qeyd edib.
Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov bildirib ki, yarış dövlətin idman siyasətinə verdiyi yüksək önəmin bariz nümunəsidir. O, şahmat yarışının həm intellektual, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını söyləyərək iştirakçılara uğurlar arzulayıb.
Çıxışlardan sonra şahmat yarışına start verilib. Yarışın sonunda qalib komandalara diplom və medallar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri