Icma.az
close
up
RU
Yasamal rayonunda basketbol yarışı keçirilib FOTOLAR

Yasamal rayonunda basketbol yarışı keçirilib FOTOLAR

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində 3x3 basketbol turniri keçirilib.

01.05.2026-cı il tarixində Azərbaycan Texniki Universitetin idman zalında baş tutan 3x3 basketbol turnirində YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Azərbaycan Texniki Universitetinin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva çıxış edərək bildirib ki, Azərbaycanda müasir idman siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən və məqsədyönlü strateji kursa əsaslanır. Məhz bu kurs nəticəsində idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, gənclərin fiziki və mənəvi inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, ölkədə idmanın inkişafı üçün yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq standartlara cavab verən idman kompleksləri istifadəyə verilir və Azərbaycan idmançıları üçün geniş imkanlar formalaşdırılır. Qeyd olunub ki, müxtəlif səviyyəli idman yarışlarının təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd olunub ki, bu yarışlar gənclər arasında dostluq, həmrəylik və sağlam rəqabət mühitinin yaranmasına xidmət edir, onların sosial fəallığını artırır və ictimai həyata daha aktiv qoşulmalarını stimullaşdırır. Çıxışının sonunda Elnarə Mustafayeva yarış iştirakçılarına uğur arzu edib

Sonra 3x3 basketbol yarışı baş tutub. Yarış iştirakçılar arasında yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri