Icma.az
close
up
RU
Yasamal rayonunda şahmat idman növü üzrə idman yarışına start verilib

Yasamal rayonunda şahmat idman növü üzrə idman yarışına start verilib

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yasamal rayonunda Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan şahmat idman növü üzrə idman yarışına start verilib.

Oktyabr ayının 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə çalışan əməkdaşlardan ibarət komandalar arasında baş tutan, silsilə idman yarışlarının şahmat idman növü üzrə yarışı baş tutub.

Yarışda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavini Nigar Şirəliyeva, Yasamal rayonunda fəaliyyət göstərən təşkilat və müəssisələrin rəhbər heyəti və komandaları iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yasamal rayonunda keçirilən idman yarışları eələcə də şahmat idman yarışı Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5-ci ildönümünə və AMEA-nın 80 illik yubileyinə həsr olunub. Bu yarışların keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, kollektivlərdə dostluq və həmrəyliyi gücləndirmək idi. Azərbaycan dövləti idmanı milli inkişafın vacib tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, idmanın dövlət səviyyəsində inkişafına möhkəm təməl yaradılmışdır. Prezident İlham Əliyev isə bu xətti müasir dövrün tələblərinə uyğun uğurla davam etdirərək idman infrastrukturunun yenilənməsinə, kütləviliyin artmasına nail olub. Şahmat yarışının təşkili də məhz bu qayğının yerli səviyyədə təzahürüdür. İştirakçılar intellektual güclərini sınağa çəkərək düşüncə, səbr və planlaşdırma bacarıqlarını nümayiş etdirdilər. Yarışda dostluq, rəqabət və vətənpərvərlik hissləri vəhdət təşkil edirdi. Yasamal rayonundakı belə intellektual mübarizə həm milli həmrəyliyin, həm də dövlət qayğısının parlaq nümunəsinə çevrildi. Bəxtiyar Nəbiyev çıxışının sonunda yarışda iştirak edən komandalara uğurlar arzu edib.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova qeyd edib ki, Yasamal rayonunda təşkil olunan şahmat yarışı “Konstitusiya və Suverenlik İli” çərçivəsində mühüm idman və ictimai hadisə kimi yadda qaldı. Yarış Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünə və AMEA-nın 80 illik yubileyinə həsr olunmaqla xüsusi əhəmiyyət daşıdı. İdman yarışlarının keçirilməsi dövlətin insan sağlamlığına, vətəndaş birliyinə və gənclərin mənəvi inkişafına göstərdiyi qayğının bariz təzahürüdür. Bu siyasətin memarı Ulu Öndər Heydər Əliyev olmuş, o, idmanı vətəndaşların gələcəyi və milli qürur məsələsi kimi dəyərləndirmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdirilərək, Azərbaycan idman dövləti kimi beynəlxalq aləmdə nüfuz qazanıb. Şahmat kimi intellektual idman növlərinin inkişafı ölkədə elmi düşüncəyə və zəkaya verilən dəyərin göstəricisidir. Qaliblərin uğuru təkcə fərdi deyil, ümumi milli qürurun ifadəsi oldu. Yasamal rayonundakı bu yarış dövlət idman siyasətinin canlı təcəssümlərindən biridir. Təravət Muradaova çıxışının sonunda yarışda iştirak edən komandalara uğurlar arzu edib.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov çıxış edərək qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə Yasamal rayonunda keçirilən idman yarışları, eləcə də şahmat yarışı həm idman, həm də mənəvi baxımdan böyük dəyər daşıyırdı. Tədbirin Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və AMEA-nın 80 illik yubileyinə həsr olunması onu daha da əlamətdar etdi. Bu cür yarışlar Azərbaycan dövlətinin idman siyasətində kütləviliyin və sağlam rəqabətin təşviqinə xidmət edir. Ulu Öndər Heydər Əliyev idmanı dövlət siyasətinin ayrılmaz hissəsinə çevirərək onun inkişafı üçün möhkəm hüquqi və maddi baza yaradıb. Prezident İlham Əliyev bu siyasəti davam etdirərək idmançılara daim yüksək qayğı göstərir. Şahmat yarışının keçirilməsi iştirak edən əməkdaşlar həm bilik, həm də təcrübə baxımından öz bacarıqlarını nümayiş etdirdilər. Bu tədbir həmrəyliyin, vətənpərvərliyin və düşüncə mədəniyyətinin təntənəsinə çevrildi. Yasamal rayonunda keçirilən bu yarış bir daha sübut etdi ki, idman yalnız fiziki deyil, həm də mənəvi gücün göstəricisidir. Sənan Həsənov çıxışının sonunda yarışda iştirak edən komandalara uğurlar arzu edib.

Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov çıxış edərək qeyd edib ki, Yasamal rayonunda keçirilən idman yarışları, eləcə də şahmat yarışı “Konstitusiya və Suverenlik İli”, Zəfər Günü və AMEA-nın 80 illiyi münasibətilə təşkil edilərək böyük maraq doğurub. Yarışın keçirilməsi dövlətin idman siyasətinə verdiyi yüksək önəmin bariz nümunəsidir. Azərbaycan idmanının bu səviyyəyə yüksəlməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub. O, idmanı milli qürurun, sağlamlığın və vətəndaşlarımızın tərbiyəsinin mühüm vasitəsi kimi ön plana çəkib. Prezident İlham Əliyev isə bu siyasi xətti uğurla davam etdirərək ölkəmizi beynəlxalq arenada tanınan idman mərkəzinə çevirib. Şahmat yarışları kimi tədbirlər dövlət qayğısının cəmiyyətin hər təbəqəsinə çatdığını nümayiş etdirir. Yarışda müxtəlif təşkilat və müəssisələrin əməkdaşları bir araya gələrək həmrəylik, dostluq və rəqabət ruhunu nümayiş etdirdilər. Bu yarış həm idmanın, həm də zəkanın bayramına çevrilib. Yasamal rayonundakı bu tədbir bir daha göstərdi ki, idman siyasəti ölkəmizin həm fiziki, həm mənəvi yüksəlişinə xidmət edir. İlham Səfərov da çıxışının sonunda iştirakçı komandalara uğurlar arzu edib.

Çıxışlardan sonra şahmat idman növü üzrə yarışa start verilib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim edilib, Sonda ilk üç yerin qalibi olmuş komandaların üzvləri ilə xatirə şəkli çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri