Icma.az
close
up
RU
Yasamal rayonunda silsilə idman yarışlarının keçirilməsinə start verilib FOTOLAR

Yasamal rayonunda silsilə idman yarışlarının keçirilməsinə start verilib FOTOLAR

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinə start verilib.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinə start verilib.

21.04.2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində “dama” idman növü üzrə yarış baş tutub.

Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yarış iştirakçılarını salamlayaraq tədbiri açıq elan edən Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib. İsrayıl İsgənədərov yarış iştirakçılara uğurlar arzu edərək çıxış üçün sözü Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu sahənin inkişafının təməlini təşkil etmişdir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin idmana göstərdiyi diqqət və qayğı ölkədə sağlam cəmiyyətin formalaşmasına xidmət edir. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Onların qazandığı uğurlar gənclərə örnək olur və onları daha da ruhlandırır. Azərbaycanda idmanın inkişafı üçün müasir infrastruktur yaradılıb. Yeni idman qurğuları və təlim-məşq bazaları bölgələrdə də fəaliyyət göstərir. İdman yalnız fiziki inkişaf deyil, eyni zamanda mənəvi tərbiyənin də vasitəsidir. Azərbaycanda idman siyasəti hərtərəfli və məqsədyönlü şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin "İdman Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir" fikri bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə idman ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsinə xidmət edir ki, bütün bu addımlar nəticəsində Azərbaycan dünya miqyasında nümunəvi idman ölkəsinə çevrilmişdir. Çıxşının sonunda Bəxiyar Nəbiyev bütün yarış iştirakçılarına uğurlar arzu edib.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov qeyd ediblər ki, Azərbaycan idman ölkəsidir. Bu cür idman yarışlarının keçirilməsi həm gənclərdə idmana qarşı maraq oyadır, həm də gənc nəsil sağlam şəkildə böyüyür. Müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Sonda çıxışçılar yarış iştirakçılarına uğurlar arzu ediblər.

Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri