Icma.az
close
up
RU
Yasamal rayonunda idman yarışlarının bağlanış mərasimi keçirilib FOTOLAR

Yasamal rayonunda idman yarışlarının bağlanış mərasimi keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi Yasamal rayon Gənclər və İdman sektoru və AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis edilməsinin 80 illik yubileyi münasibətilə silsilə idman yarışlarının (minifutbol, şahmat və dama) bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, AMEA-nın minifutbol meydançasında keçirilən bağlanış mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Əfəndiyev, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, eləcə də müxtəlif təşkilat və müəssisələrin nümayəndələri, media mənsubları və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir çərçivəsində minifutbol idman növü üzrə final qarşılaşmaları keçirilib. Nəticələrə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının komandası birinci yerə, Bakı Dövlət Universitetinin komandası ikinci yerə, “Aztelekom” MMC komandası üçüncü yerə layiq görüblər.

Bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında bədii hissə nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu yarışlar xalqımızın milli həmrəyliyinin, qürurunun və dövlətimizin idmana verdiyi xüsusi önəmin bariz göstəricisidir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib və Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb.

Çıxışlarda vurğulanıb ki, bu yarışların məqsədi sağlam həyat tərzini təşviq etməklə yanaşı, dövlətə, elmə və Vətənə bağlılıq hisslərini möhkəmləndirməkdir.

AMEA-nın 80 illik yubileyinə həsr olunan bu idman yarışları elm, mədəniyyət və fiziki kamilliyin vəhdətini nümayiş etdirərək milli dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edib. Komandalar səmimiyyət, dostluq və rəqabət ruhunda çıxış edərək həmrəyliyi və vətənpərvərlik hissini nümayiş etdiriblər.

Bağlanış mərasimində minifutbol, dama və şahmat növləri üzrə qaliblər elan edilərək diplom, kubok və medallarla mükafatlandırılıblar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 Oktyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri