Yasamal rayonunda silsilə idman yarışlarında voleybol (qızlar) idman növü üzrə yarışa start verilib
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarında voleybol (qızlar) idman növü üzrə yarışa start verilib.
28.04.2025-ci il tarixində 2 saylı Bakı Baza Tibb Kollecinin idman zalında baş tutan açılış oyununda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda YAP Yasamal rayon təşkilatının məsləhətçisi Vasif Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramil Cəbrayılov, idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri isə ümummilli lider Heydər Əliyevin anadan olmasınını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:129
Baxış sayı:129 Bu xəbər 28 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 28 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















