Yasamalda əks yola çıxan sürücü axını riskə atdı 10 FT 111 VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 8-də saat 16:00 radələrində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, 10-FT-111 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq nəqliyyat axınına qarşı hərəkət edib.
Nəticədə o, özüylə yanaşı qarşı tərəfdən gələn sürücüləri təhlükəyə atıb.
Qeyd edək ki, bir neçə saniyə vaxt qazanmaq üçün edilən bu cür riskli davranışlar təkcə qayda pozuntusu deyil, həm də ağır qəzaların səbəbi ola bilər. Bu baxımdan sürücülərə nişanları və nişanlanma xətlərinin tələblərinə ciddi əməl etmək tövsiyə olunur.
Xatırladaq ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Mart 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















