Icma.az
close
up
RU
Yasamalda iki qardaş arasında mülk davası TƏFƏRRÜAT

Yasamalda iki qardaş arasında mülk davası TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Yasamal rayonunda qardaşlar arasında mülk üstündə yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 17-də baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Fərhad həmin gün saat 16:00-da yaşadıqları mənzilin qonaq otağında olan zaman qardaşı Əfqanla mübahisə edib. 
Onların arasında mübahisənin yaranmasına səbəb isə Əfqanın Fərhada irad bildirməsi ilə bağlı olub. Bu zaman Fərhad qardaşının  sifət nahiyəsinə əl zərbələri ilə vurub və ona üz nahiyəsində asimmetriya ilə nəticələnən xəsarətlər yetirib. 
Hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 17-də, saat 16:00-da qardaşı Əfqan evə gəlib: “Həmin zaman evdə ikimizdən başqa heç kim olmayıb. Yenə də müəyyən maddi problemlərim və yaşadığımız ünvanın köçürülmə ərəfəsində olduğumuz üçün yeni tikilidən mənzil veriləcəyi ilə əlaqədar aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı kiçik qardaşım Əfqan mənimlə uca səslə danışdığı üçün anidən əsəbləşdim. Onun üzərinə gedərək sifət nahiyəsinə müxtəlif əl zərbələri ilə vurdum”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib. O, qardaşı ilə barışdığını, ona qarşı şikayətin olmadığını da qeyd edib. 
İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, yaşadıqları ünvan söküntü ərazisi olub, həmçinin hər bir ailədə olduğu kimi onların ailəsində də müəyyən maddi çətinlikləri olduğunundan nadir hallarda qardaşı Fərhad ilə aralarında mülkiyyət ilə əlaqədar söz-söhbətlər yaranıb. O bildirib ki, hadisə günü saat 16:00-da qardaşı ilə mübahisə zamanı evdə onun sifət nahiyəsinə müxtəlif əl zərbələri ilə vurub.
Zərərçəkən ifadəsinin sonunda qardaşına qarşı şikayəti, mülki iddiası olmadığını deyib. 
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin qardaşına qarşı şikayətinin olmamasını nəzərə alıb. 
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Avqust 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri