Icma.az
close
up
RU
Mülk davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Mülk davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Nizami rayonunda 1981-ci il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Rəqsanəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 12 iyun 2024-cü ildə baş verib. Sabirabad rayon sakini Ceyhun həmin gün saat 22 radələrində yaşadığı evdə keçmiş arvadı Rəqsanə ilə ailə-məişət zəminində aralarında yaranmış münaqişə zamanı əli ilə onun sağ qol nahiyəsinə qəsdən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2009-cu ildə Rəqsanə ilə rəsmi evlənib və birgə nikahdan 2 övladları var: “Yola getmədiyimiz üçün 2021-ci ildənikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etdik və 2022-ci ilin mart ayında Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə nikahımız pozuldu. Həmçinin, qətnaməyə əsasən yaşadığımız evdə hər ikimizə yaşamaq hüququ verildi, övladlarıma görə hər ay 360 manat aliment ödəməsi qət edildi. Buna baxmayaraq hər ay həmin 360 manatdan çox pul ödəyirəm və mənzildə mənə yaşamaq hüququ verilsə də, orada daimi yaşamıram, digər ünvanda anam ilə birlikdə yaşayıram. Mən həftədə bir dəfə Rəqsanə evdə olmadığı zamanda övladlarımı görmək üçün həmin ünvana gedirəm və övladlarımı parkda gəzdirdikdən sonra evə qoyaraq gedirəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Rəqsanənin 12 iyun 2024-cü ildə 24-cü polis şöbəsinə müraciətində bildirdikləri tamamilə yalan və şərdir: “Həmin ərəfədə Rəqsanə ilə rastlaşmağım yadıma gəlmir. Rəqsanə evdə olmadığı zamanlarda həmin ünvana getmişəm. Rəqsanə evə gəlməmişdən əvvəl isə evdən çıxaraq getmişəm. Rəqsanə mənim həmin mənzilə getməyimi istəmir. Rəqsanəni sonuncu dəfə xatırlamadığım bir vaxtda döymüşəm. Lakin ayrıldıqdan sonra, eyni zamanda 12 iyun 2024-cü ildə onu döyməmişəm. Ona görə verilmiş ittihamla razı deyiləm. Rəqsanənin özü yıxılıb xəsarət ala bilərdi. Rəqsanə uşaqlara deyir ki, mənim sözümü deməsələr, onları atıb gedəcək. Ona görə uşaqlar da onun sözünü deyirlər. Mən aqressiv, döyməyə meyilli adam deyiləm. Rəqsanəni vurmamışam. Rəqsanə mənə deyib ki, evi onun adına keçirim. Mən isə bununla razılaşmamışam. Ona görə Rəqsanə məndən şikayət edib, mənə şər atıb. Rəqsanə ərizəsini geri götürmək üçün evi istəyir. Amma mən evi uşaqların adına keçirəcəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəqsanənin sözlərinə görə, son zamanlar Ceyhun spirtli içki aludəçisi olduğuna görə evdə tez-tez ailə münaqişəsi yaradıb və onu döyməsinə görə nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət edib, 2022-ci ilin mart ayında Nizami Rayon Məhkəməsi tərəfindən nikahları pozulub, hazırda yaşadığı ünvanda birgə yaşamaq hüququ verilib: “Nikahımız pozulduğuna baxmayaraq eyni ünvanda yaşadığımıza görə Ceyhun tez-tez məni narahat edib, döyüb və baş verənlər övladlarıma psixi təsir edib. 12 iyun 2024-cü ildə, saat 19 radələrində yaşadığım evə gələn zaman Ceyhun sərxoş vəziyyətdə heç bir səbəb olmadan mənimlə münaqişə yaratdı. Lakin Ceyhuna fikir vermədiyimə görə sakitləşdi. Həmin gün saat 22 radələrində Ceyhun evdə tək spirtli içki içməyə davam etdi. Sonra yenə üstümə gələrək səbəbsiz yerə münaqişə yaratmağa davam etdi. Münaqişə zamanı Ceyhun qonaq otağında əli ilə bədənimin müxtəlif nahiyələrindən vurdu. Mən polisə məlumat verəcəyimi dedikdə, məndən kənarlaşdı. Bir qədər sonra polis əməkdaşları ünvana gəldi. Həmin vaxt Ceyhun qapını açmadı. Sonra evin eyvanından bayıra tullanaraq naməlum istiqamətdə qaçdı. Mən polis əməkdaşları ilə birlikdə 24-cü polis şöbəsinə gedərək hadisə barədə şikayət ərizəsi yazdım”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhun 5  ay 26  gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə  əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri