Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Lerik rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 24-də rayonun kəndlərindən birində baş verib.
1998-ci il təvəllüdlü Əli həmin gün saat 21 radələrində Məhəmmədə məxsus əkin sahəsinin suvarılması üçün texnika ilə su anbarının qazılması işinin görülməsi müqabilində razılaşdırılmış məbləği ondan istəyib.
Bu zaman Məhəmməd daha az məbləğ ödəyəcəyini bildirib. Buna görə aralarında yaranmış mübahisə zamanı Məhəmmədin onu itələdiyinə görə əsəbiləşib. Əli onun baş və bədəninin digər nahiyələrinə qəsdən yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Mülk davası cinayətlə nəticələndi TƏFƏRRÜAT
16 Aprel 2025 13:50
İki dostun arasında borc davası cinayətlə nəticələndi TƏFƏRRÜAT
06 Dekabr 2025 10:41
Ağcabədidə 2 nəfər arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT
03 İyul 2025 17:25
Həmkəndlilər arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT
13 Noyabr 2025 15:18
Lerikdə qonşular arasında dava TƏFƏRRÜAT
24 Sentyabr 2025 13:37
Baxış sayı:105
Bu xəbər 14 Yanvar 2026 11:17 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları