Yasamalda restoranın qarşısındakı neqativ hal aradan qaldırıldı FOTO YENİLƏNİB
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxt ərazisində səkiyə qanunsuz olaraq yerləşdirilmiş iri dibçəklər yığışdırılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Yasamal rayonu Ə.Salamzadə küçəsindəki restoranın qarşısında səkiyə düzülən dibçəklər polis əməkdaşları və Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları tərəfindən ərazidən yığışdırılıb, lazımi tədbirlər görülüb.
***
Bakı şəhəri, Yasamal rayonunda sakinlər səkilərdə hərəkətə maneə yaradan iri dibçəklərin qoyulmasından şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-a şikayət ünvanlayan sakinlər qeyd ediblər ki, rayonun Ə.Salamzadə küçəsində, restoranın qarşısında qoyulan dibçəklər səkini ortadan kəsir, hərəkəti çətinləşdirir.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















