Yasamalın islah olunmayan “avtoş”u yenidən saxlanıldı Nömrəni dəyişib, 3900 manat cəriməsi var FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Yasamal rayonu ərazisində “VAZ 2106” markalı, 99-OS-084 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin YPX əməkdaşları tərəfindən saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı iddialar aydınlıq gətirilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi polis kapitanı Toğrul Nəsirlinin Avtosfer.az-a məlumat verib. O bildirib ki, sürücülük hüququ mədudlaşdırılmış R.Sultanovun idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsinin üzərində olan 99-OS-084 dövlət qeydiyyat nişanının “Tofaş” markalı avtomobilə məxsus olduğu müəyyən edilib. Bununla yanaşı nəqliyyat vasitəsinin üzərində 3900 manat məbləğində ödənilməyən cərimə borcunun olması, eləcə də avtomobilə normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılması və dəyişdirilməsi halı da aşkar edilib.
Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən R.Sultanov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol açılaraq nəqliyyat vasitəsi mühafizə olunun duracağa yerləşdirilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 06 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















