Icma.az
close
up
RU
Yaşar Gülər: Türkiyə sülh, sabitlik və ədalət kursunu davam etdirir

Yaşar Gülər: Türkiyə sülh, sabitlik və ədalət kursunu davam etdirir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Silahlı Qüvvələri Balkan və Qafqaz regionlarindan Yaxın Şərqə və Afrikaya qədər geniş məkanda qarşıya qoyulan bütün vəzifələri məsuliyyətlə yerinə yetirərək, beynəlxalq təhlükəsizlik arxitekturasının əvəzolunmaz və səmərəli tərkib hissəsi kimi çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yeni il münasibətilə yaydığı müraciətində bildirib.

O, Türkiyə Silahlı Qüvvələrinin missiyasını “Respublikanın və xalqın maraqlarının qorunması əzminin təcəssümü” kimi xarakterizə edib.

Nazir söyləyib ki, qlobal qeyri-müəyyənliyin artması, region üçün yeni risklərin və təhdidlərin formalaşması fonunda güclü ordusu, çoxşaxəli diplomatiyası və qətiyyətli rəhbərliyi olan Türkiyə sülhə, sabitliyə və ədalətə töhfə vermək kursunu davam etdirir.

Y. Gülər vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da ölkənin keşiyində dayanacaq və milli maraqlardan geri çəkilməyəcək.

Milli müdafiə naziri Türkiyə Ordusunun ölkə qarşısında duran vəzifələrin yerinə yetirilməsinə verdiyi töhfəni, o cümlədən regionda terrorizm təhlükəsinə qarşı mübarizə kontekstində rolunu xüsusi vurğulayıb.

Bununla bağlı o, həmçinin Kipr türklərinin maraqlarının müdafiəsinin əhəmiyyətinə diqqət çəkib.

Nazir, həmçinin Ankaranın NATO-nun məqsəd və vəzifələrinə töhfə vermək əzmini qeyd edib, Şimali Atlantika Alyansının 2026-cı ildə Türkiyədə keçirilməsi planlaşdırılan sammitinə toxunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Dekabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri