Icma.az
close
up
RU
Yaşar Nuri ilə son GÖRÜŞ

Yaşar Nuri ilə son GÖRÜŞ

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ölümündən bir az qabaq Yaşar Nuri "Gömrük" Xəstəxanasında yatırdı. Uzun zamandı onu heç kim görmürdü, o cümlədən mən də.

Bir axşam heç kimə demədən onu ziyarət etməyə yollandım. Gec saatda getmişdim deyə xəstəxana əməkdaşları mənə bildirdi ki, "vaxt çox azdır. Həm də Yaşar Nurinin ağrıları çoxdur, indi iynə vurulacaq və sonra yatmalıdır." Dedim, "zərər yoxdur, sadəcə hal-əhvalını soruşub tez çıxaram yanından". Dedilər: "Yaxşı, o zaman qalxın yuxarı mərtəbəyə, palataya".
Dəhlizdən Yaşar Nuri yatdığı otağa yaxınlaşanda onun ağrılardan narahatlığını hiss etdim. Dəhliz boyu onun ucadan səsini eşidirdim. Canı ağrıyırdı. Qıvrılırdı, sanki inildəyirdi böyük sənətkar. Mən anladım ki, Yaşar müəllim qətiyyən ağrılara dözümlü deyil. Tibb bacısı ona ağrıkəsici vururdu. Kövrəldim. Addımlarım irəliyə doğru getmirdi. Dəhlizdə skamyada əyləşdim. Bir az toxtadım. Gözlərim dolmuşdu. "Bəlkə onu narahat etməyim",- deyə dodaqaltı donquldandım. İstədim geri qayıdım. Palatadan tibb bacısının səsini eşidirdim. Yaşar müəllimi sakitləşdirmək üçün nəsə deyirdi. Ayağa qalxdım. Yerimdə tərəddüd etməyə başladım: "Bəlkə lazım deyil?" Sonra da özümə: "Bəlkə elə bu Yaşar Nurini görmək üçün son şansımdır, sonra bir daha onu görməyə də bilərəm. Həyatdır, hər şey ola bilər. Peşimanlıq yaşamayım..."
Tibb bacısı bu məqamda otaqdan çıxdı, məni dəhlizdə gördü. Dedi ki: "Siz Yaşar müəllimlə görüşmək istəyirdiniz?" Ona bildirdim ki, "sadəcə ondan hal-əhval tutub qayıtmaq istəyirdim, ancaq deyəsən özünü heç yaxşı hiss etmir. Qalsın başqa zamana..." Tibb bacısı dilləndi ki, "daha bura qədər gəlmisiniz, heç olmasa görüşün". Otaqdan Yaşar Nurinin səsi gəldi: "Kimdir ki, gələn?" Tibb bacısı məndən soruşdu: "Adınız?" Dedim; "Vasifdir, Yaşar müəllimin gənc dostu. Televiziyaçı". Yaşar müəllim dedi: "Kimdi? Vasifdir? Ouu, Vasif, Vasif, gəl, gəl bura!" Necə sevinclə məni səslədi.
Asta-asta qapıya yaxınlaşdım. Qapıdan içəri ehmalca boylandım. Böyük sənəkar uzanılı vəziyyətdə idi. Belinin arxasına qoyulmuş yastıqlara, söykənmişdi. Taqətsizdi. Qolunda sistem vardı. Yaşar Nuri ağrılardan yorulmuş, eyni zamanda həyatdan qopmaq istəməyən bir görünüşdə idi. Ağrımağına baxmayaraq həmişə tamaşalarda üzündə görməyə öyrəşdiyimiz təbəssümü üzünə qondu. Dedi: "Nə yaxşı gəlmisən Vasif?" Gözü uşaq kimi parıldayırdı. Hiss olunurdu ki, o, tanış bir sima görmək üçün darıxmışdı. Tibb bacısı mənə baxaraq dedi ki: "Yaşar müəllim çox küyçüdür. Mən hələ ona iynəni vurmamışam o qışqırıq, səs-küy yaradır. Şıltaqlıq edir". Tibb bacının bu sözü Yaşar Nurini güldürdü. Mən də özümü toparlayıb, gülümsəməyə çalışdım. Yaşar müəllimi, əziz dostumu xəstəxana palatasında görmək məni sarsıtsa da xoş görüntü yaratmağa məcbur idim. Mən də gülümsədim, pozitiv olmağa çalışdım. İstəmədim Yaşar müəllim ona görə üzüldüyümü hiss etsin. Biz bir qədər dərdləşdik. Onunla görüş vaxtım çox az idi. Bir az sonra mühafizəçi otağa daxil oldu, təəssüf hissi ilə bildirdi ki, mənim getmək zamanımdır. Ayağa qalxdım, Yaşar Nuri bir qədər acıqlı tərzdə mühafizəçiyə dedi ki, "Hara gedir, hələ indi gəlibki Vasif! Qoy hələ otursun, gedər də sonra! Söhbət edirik..." Mühafizəçiyə baxışlarımla işarə etdim ki, qısa zaman da oturum qalxacam.
Oturdum. Yenə söhbətlər etdik. Sonra qısa sükut çökdü otağa. Sanki ikimiz də susaraq danışmağa başladıq. Yaşar Nurinin yanağında təbəssüm hələ də yerində idi. Düşündüm artıq gedim, onun zamanını çox alıram. O, bu saatda yatmalı, dincəlməlidir. Ayağa qalxdım. Yaşar müəllim heç getməyimi istəmirdi. Onun istirahət etməsi gərəkdiyini bildirdim. Öpdüm, qucaqladım, bərk-bərk bağrıma basdım və vidalaşdım. Dəhlizdən aşağı enənə kimi özümü güclə saxlamışdım, hönkürmək istəyirdim...

Bundan bir müddət sonra isə Yaşar Nurinin 60 illik Yubileyində iştirak etdim. Azdrama-da onun çox möhtəşəm doğum günü keçirildi. Yubiley tədbirinin son dəqiqəsinə qədər onun yanında idim. Yüzlərlə adam qrim otağına gəlib onu öpüb, şəkil çəkdirib gedirdilər. Azdramadan Yaşar Nuri, sürücüsü və mən birgə çıxdıq. Yolboyu Yaşar müəllim yubiley tədbirinin necə keçdiyi təəssüratını məndən öyrəndi. Hər şeyin çox gözəl təşkil olunduğunu ona bildirdim. Məni evə kimi maşınla gətirdi. Hiss etmişdim deyəsən bu son görüşdür. Son dəfə xudahafizləşdik. Getdim...

Və sonra əziz dostum, unudulmaz Yaşar Nurinin cənazəsi ilə vidalaşmaq üçün Teatra gəldim ...

P.S. 3 sentyabr tarixi sevimli Yaşar Nurinin doğum günüdür. Ruhu şad olsun! Həmişə onun üçün darıxırıq. Bütün zamanlarda yeri görünən sənətkar idi.
Vasif Ayan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri