Qorxudan ölmək mümkündür? Həkimdən açıqlama
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Güclü qorxu səbəbindən ölüm nadir hallarda baş versə də, mümkündür.
Ölkə.az xəbər verir ki, rusiyalı həkim Aleksandr Umnov “Gazeta.Ru”ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, qorxu orqanizm üçün çox güclü stressdir. Bu zaman böyrəküstü vəzilər kritik dozada adrenalin ifraz edir ki, bu da damar spazmına səbəb olur - arteriyalar kəskin şəkildə daralır, toxumalar oksigen çatışmazlığı yaşamağa başlayır. Xüsusilə ürək və beyin damarlarının spazmı təhlükəli hesab olunur.
Eyni zamanda qan təzyiqi qəfil yüksəlir, ürək əzələsinə düşən yük saniyələr içində bir neçə dəfə artır. Adrenalin həmçinin ürəyin elektrik keçiriciliyini pozaraq aritmiyaya səbəb olur. Ağır hallarda isə mədəciklərin fibrilyasiyası inkişaf edə bilər — bu zaman ürək xaotik şəkildə yığılır, qanı pompalamağı dayandırır və klinik ölüm baş verir.
Həmidə İbrahimova
Baxış sayı:168
Bu xəbər 14 May 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















