Icma.az
close
up
RU
“YAŞAT” düşərgəsi Qəlbləri birləşdirən ümid ünvanı

“YAŞAT” düşərgəsi Qəlbləri birləşdirən ümid ünvanı

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu düşərgə adi bir istirahət məkanı deyil. Burada qəhrəman övladları özlərini tək hiss etmir, bir ailənin parçası kimi dəyərləndirilirlər. Fərqli bölgələrdən, fərqli həyat hekayələri ilə gələn uşaqlar ortaq bir tarix, ortaq bir ağrı və ortaq bir ümidlə birləşirlər. Onları birləşdirən təkcə oyunlar, təlimlər və düşərgə proqramları deyil, onları birləşdirən qəhrəman ata, qəhrəman ana və Vətən sevgisidir.

“YAŞAT” düşərgəsində uşaqlara psixoloji dəstək, mədəni inkişaf, vətənpərvərlik ruhu, liderlik bacarıqları və özünəinam aşılanır. Onlar burada həm oynayır, həm öyrənir, həm də öz yaşadıqları acını sevgi və dəstəklə paylaşma fürsəti tapırlar. Hər bir fəaliyyətin arxasında böyük bir məqsəd dayanır: Onlar üçün güclü gələcək qurmaq!
Burada təşkil olunan təlimlər, seminarlar, tanınmış şəxslərlə görüşlər, əyləncəli və maarifləndirici proqramlar, gəzintilər – bütün bunlar uşaqlara özlərini dəyərli hiss etdirir. Həm də onlara göstərir ki, Azərbaycan onları unutmayacaq, bu xalq onların arxasındadır.
"YAŞAT” düşərgəsi sadəcə bir yay proqramı deyil. O, bir ümid layihəsi, bir ruh dirçəlişi, bir gələcək vədidir. Burada hər gülüşdə bir fədakarlığın izi, hər addımda bir qəhrəmanın kölgəsi var.

Şəhid övladlarının gözündəki parıltı, onların gələcək uğurlarına atılan ilk addımlar bu düşərgədə başlayır. Və biz, cəmiyyət olaraq, onların yanında olduqca “YAŞAT” ruhu daima yaşayacaq!
Könüllülər – səssiz qəhrəmanlar!
“YAŞAT” düşərgəsinin ən önəmli dayaqlarından biri də könüllülərdir. Onlar bu uşaqlar üçün sadəcə təşkilatçılar deyil – dost, dayaq və bəzən də ailə kimidirlər. Könüllülər bütün fəaliyyəti sevgi ilə həyata keçirir, hər uşağın ehtiyacına fərdi yanaşır və onların qəlbinə yol tapmağı bacarırlar.

Bəzən sadə bir oyun, birgə çəkilən şəkil və ya şirin bir söhbət, illərlə unudulmayan bir xatirəyə çevrilir. Düşərgədə qurulan bu bağlar uzun illər sonra da davam edir. Uşaqlar burada öyrənirlər ki, yalnız deyillər və sevgi ilə yaradılan hər bir xatirə, gələcəyə atılmış işıqdır.
“YAŞAT” – Sadəcə bir Fond deyil, bir həyat məktəbidir!
“YAŞAT” Fondu bu düşərgə vasitəsilə bir daha sübut edir ki, vətən uğrunda canını verən hər bir şəhidin övladı, bu xalqın göz bəbəyidir. Burada göstərilən diqqət və qayğı, sadəcə sosial dəstək yox, həm də mənəvi bir vəfa borcunun ödənməsidir.
Bu düşərgə:
• Vətən sevgisini,
• Birliyi və mərhəməti,
• Gələcəyə inamı
aşılayır.
Burada bir dəfə iştirak edən hər uşaq, artıq fərqli bir dünyaya baxmağa başlayır. Artıq onun yeni dostları, yeni arzuları var və bu arzuların gerçəyə çevriləcəyinə inamı var.
“YAŞAT” ruhunu yaşatmaq borcumuzdur!
“YAŞAT” düşərgəsi təkcə yayda keçirilən bir tədbir deyil. Gələcəyin toxumlarını bu gün səpən bir hərəkatdır. Biz bir xalq olaraq bu uşaqlara baxaraq itirdiyimiz qəhrəmanların yaşadığını hiss edirik. Onların təbəssümündə, inamında, uğurunda şəhidlərin ruhu yaşayır.
Düşərgədə bir gün – Bilgi, bacarıq və macəra günü
10 iyul tarixində “YAŞAT” düşərgəsində uşaqlar üçün həm öyrədici, həm də həyəcanlı bir gün yaşandı. Günün əsas tədbirlərindən biri – ilk tibbi yardım təlimi oldu. Təlimdə uşaqlara qəfil baş verə biləcək hadisələr zamanı necə davranmaq, yaralıya necə ilkin yardım göstərmək, təzyiqin ölçülməsi, sarğı vurulması və çağırış xidmətlərinə necə məlumat verilməsi izah edildi. Onlar yalnız nəzəri biliklərlə deyil, həm də praktik məşğələlərlə bacarıq qazandılar.
Bu təlimin məqsədi sadəcə bir fövqəladə vəziyyətə hazır olmaq deyildi. Əsas ideya özünə və başqasına cavabdehlik hissini formalaşdırmaq, cəsarətli və yardımsevər vətəndaş yetişdirmək idi. Gözlərində maraq, əllərində cəldlik, qəlblərində məsuliyyət…
Bu uşaqlar artıq gələcəyin qoruyucularıdırlar.

Günün digər həyəcanverici fəaliyyəti isə ox atmaq idi. Ənənəvi idman növü olan bu məşğələ, uşaqlarda həm fiziki koordinasiyanı, həm də dəqiqlik və səbir kimi psixoloji keyfiyyətləri inkişaf etdirdi. Onlar özlərini sanki bir qəhrəman kimi hiss edirdilər – hədəfə fokuslanmış, öz gücünə inanan, zəfər üçün hazır!
Ox atmaq təkcə bir idman növü deyildi bu həm də tarixi yaddaşın canlandırılması, şəxsi iradənin sınaqdan keçməsi, həm də əyləncəli bir komanda təcrübəsi idi. Uşaqlar bir-birini ruhlandırır, uğur qazandıqda bir-birini təbrik edir, bu fəaliyyətlər vasitəsilə həm dostluq, həm də müsbət rəqabət ruhunu yaşayırdılar.
“YAŞAT” düşərgəsi – Həm gücləndirir, həm ruhlandırır!
Bu gün düşərgədə baş verənlər bir daha göstərdi ki, “YAŞAT” düşərgəsi uşaqlar üçün yalnız xatirə deyil – həyat məktəbidir. Onlar burada bacarıq öyrənir, qorxularını aşır, lider olmağı və ən önəmlisi özlərinə güvənməyi bacarırlar.

Uşaqların üzündəki təbəssüm, gözlərindəki inam, əllərindəki dəqiqlik, qəlblərindəki sevgi göstərir ki, bu düşərgə yalnız bu gün üçün yox, bütün həyat üçün yadda qalan bir təməl rolunu oynayır.
Həyat Bağırova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 İyul 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri