“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı şəhid övladları üçün yaz düşərgəsi təşkil olunub. 40 şəhid övladını əhatə edən düşərgə Gənclər və İdman Nazirliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “Qəbələnd” əyləncə mərkəzinin dəstəyi ilə baş tutub.
Newscenter.az xəbər verir ki, düşərgənin əsas məqsədi iştirakçıların intellektual, sosial və şəxsi inkişafına dəstək göstərmək, onların yaradıcılıq potensialını və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.
Açılış mərasimindən sonra müxtəlif komanda oyunları keçirilib, həmçinin Şəki Xan Sarayına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna və Karvansaraya ekskursiya təşkil olunub. Növbəti gün iştirakçılar psixoloji təlim və inkişafyönümlü seanslarda iştirak edib, eləcə də “Qəbələnd” əyləncə mərkəzinə və "Şəki Yayla"sına səfər ediblər.
Şəhid övladları Şəki “ABAD” mərkəzində dulusçuluq, toxuculuq və keramika sahələri üzrə təlimlərə də qatılıblar. “Dayaq” Xeyriyyə Cəmiyyəti tərəfindən “Ağız boşluğu gigiyenası” mövzusunda maarifləndirici təlimlər keçirilib və tibbi müayinələr təşkil olunub.
Bağlanış mərasimindən sonra iştirakçılar üçün Qax rayonunda piknik təşkil edilib.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“YAŞAT” Fondu Naxçıvanda qış düşərgəsi reallaşdırıb I FOTO
28 Fevral 2025 10:09
“YAŞAT” Fondu “Tufandağ”da növbəti qış düşərgəsi reallaşdırıb
12 Mart 2026 15:46
“YAŞAT” Fondu beşinci “Məktəbli ləvazimatları” layihəsini reallaşdırıb
10 Sentyabr 2025 10:50
“YAŞAT” Fondu dördüncü dəfə idman düşərgəsi təşkil edib
09 Aprel 2026 12:08
YAŞAT Fondu qazini əməliyyat etdirdi
01 May 2025 16:25
Baxış sayı:165
Bu xəbər 09 İyun 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















