“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəhidimiz Sərxan Köklərov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub.
Redaktor.az xəbər verir ki, o, 2023-cü ilin sentyabrın 19-da başlanan və cəmi 24 saat davam edən antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamları ilə Sərxan Köklərov “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Onun üç övladı bizə yadigar qalıb.
“YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə şəhidimizin ailəsinə mütəmadi dəstək göstərilir. Fondun müxtəlif layihələri çərçivəsində onun övladlarına hədiyyələr və məktəbli ləvazimatları təqdim olunub.
Baxış sayı:51
Bu xəbər 17 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















