Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“YAŞAT” fondunun dəstəyi ilə hazırda hansı işlər icra edilir?

“YAŞAT” fondunun dəstəyi ilə hazırda hansı işlər icra edilir?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır”.

“YAŞAT fondunda hazırda hansı işlər görülür? Könüllü ianələr varmı? Nə qədər vəsait var? Vəsaitlər hara xərclənir?

Mövzu ilə bağlı Gununsesi.info-nun suallarını cavablandıran “YAŞAT” fondunun əməkdaşı Mehdi Məmmədli bildirib ki, fondun vəsaiti həm ölkədə, həm də ölkədən kənarda yaşayan soydaşlarımızın könüllü olaraq maliyyə vəsaiti hesabına formalaşdırılır:

“YAŞAT” Fondunun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fonda hazırda 94 031 752,62 AZN vəsait ianə olunmuşdur. Fondun 4 fəaliyyət istiqaməti üzrə 17 941 şəxsin ümumilikdə 86 302 müraciəti üzrə 92 212 174,96 AZN məbləğində vəsait xərclənmişdir”.

Mehdi Məmmədli vurğulayıb ki, vətəndaşlar Fondun 8110 Çağrı mərkəzi vasitəsilə yaxud yashat.gov.az elektron portalı üzərindən müraciət edə bilər:

“Vətəndaşlar dərman vasitələri ilə təminat və İTS-in xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər üzrə Fondun 8110 Çağrı mərkəzi vasitəsilə yaxud yashat.gov.az elektron portalı üzərindən müraciət edə bilər. Müraciətlərə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”na uyğun olaraq baxılır”.

Fondun fəaliyyəti zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi ilə görülən işlər barədə mütəmadi olaraq, gündəlik yenilənməklə yashat.gov.az platforması üzərindən onlayn rejimdə hesabatlar təqdim olunur.

“Hesabatlar” bölməsinin “Adlı siyahı” hissəsindən (https://yashat.gov.az/report/tableau) tanış olmaq mümkündür”.

Mehdi Məmmədli qeyd edib ki, Fond tərəfindən son 2 ay ərzində layihələr icra edilmişdir:

“Əlavə olaraq Fond tərəfindən son 2 ay ərzində icra edilən layihələr aşağıda qeyd edilən kimidir:

“16 iyun 2025-ci il tarixindən etibarən 10-11, 12-14,15-17 yaş kateqoriyasını əhatə edən 4-cü “YAŞAT” düşərgəsi Lankaran Springs Wellness Resort Hotelində başlayıb. Ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin hər birində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək. Artıq düşərgənin 5 həftəsi yekunlaşmışdır”.

Mehdi Məmmədlinin sözlərinə görə “Azərbaycanda gözdən əlillərin ağıllı əsa ilə təmini” layihəsinə start verilib:

“YAŞAT” Fondu və Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı – TİKA Ofisi arasında şəhid ailə üzvlərinə və müharibə əlillərinə dəstək istiqamətində əməkdaşlıq çərçivəsində “Azərbaycanda gözdən əlillərin ağıllı əsa ilə təmini” layihəsinə start verilib.

Layihəyə əsasən müvafiq kateqoriyadan olan müharibə əllillərinə ağıllı əsaların təqdim edilməsi təmin edilir”.

Mehdi Məmmədli deyib ki, “YAŞAT” Fondunun dəstəyi ilə 5 şəhid övladı “Aerokosmik Modelçilik Festivalı 2025” adlı festivala qatılıb:

“Aerokosmik Modelçilik Festivalı 2025” adlı festivala “YAŞAT” Fondunun dəstəyi ilə 5 şəhid övladı da qatılıb. Onlar 5 aya yaxın müddətdir ki, festivala hazırlıq məqsədilə Fond tərəfindən “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə raket, streamer və s. modellərinin təlim məşqlərinə cəlb olunublar. İştirakçılar sonda qaliblərin sırasında yer alıblar”.

Şəhid övladlarının vaxtının səmərəli keçirmələrinə toxunan M.Məmmədli bildirib ki, hazırda yay məktəbində ən uğurlu nəticəsi olan 10 şəhid övladı iştirak edir:

“Birləşmiş Krallığın paytaxtı Londonda London Universitet Kollecində üçüncü “YAŞAT” yay məktəbi başlayıb. 20 iyul – 3 avqust tarixini əhatə edən yay məktəbində ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladı iştirak edir. Layihənin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını, artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələri təmin etməkdir”.

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see304

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see209

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see188

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see184

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see174

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see172

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see171

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see155

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see152

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see152

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see148

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see140

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see139

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see138

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri