YAŞAT Fondunun Londondakı yay məktəbi başa çatıb FOTOLAR
Icma.az, Azvision saytına istinadən bildirir.
19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilib.
Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər. Sonda şagirdlərə proqramın bitməsi ilə bağlı sertifikatlar təqdim olunub.
Yay məktəbinin son həftəsində iştirakçılar üçün Kenterberi şəhərinə (Canterbury) ekskursiya təşkil olunub. Bununla yanaşı, onlar Londonun tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə Bukinqem sarayını (Buckingham Palace), Müqəddəs Ceyms parkını (St James’s Park), Kral Süvari Qvardiyasının (Horse Guards) məşhur keşikdəyişmə mərasiminin keçirildiyi "Horse Guards" parad meydanını (Horse Guards Parade), eləcə də İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayını (Palace of Westminster) ziyarət ediblər.
Proqram çərçivəsində gənclər Temza çayı (River Thames) üzərində kruiz gəzintisində iştirak edib, həmçinin Londonun ən qədim və məşhur ərzaq bazarlarından biri olan "Boro" marketini (Borough Market) ziyarət edərək şəhərin tarixi, memarlığı və gündəlik həyatını əks etdirən məkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər.
"YAŞAT" Fondunun Londondakı yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edib. Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:YAŞAT Fondunun Londondakı yay məktəbi başa çatıb
04 Avqust 2026 10:20
“YAŞAT” Fondunun şəhid övladları üçün Londondakı yay məktəbi başa çatıb
04 Avqust 2025 13:00
Türkiyənin “Yeni şafak” portalı “YAŞAT” Fondunun Londondakı yay düşərgəsi barədə yazıb
12 Avqust 2025 15:22
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb FOTOLAR
24 İyul 2026 16:01
5 ci “YAŞAT” düşərgəsi başa çatıb FOTOLAR
21 Avqust 2026 04:08
Baxış sayı:130
Bu xəbər 21 Avqust 2026 04:08 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları