Icma.az
close
up
RU
Türkiyənin “Yeni şafak” portalı “YAŞAT” Fondunun Londondakı yay düşərgəsi barədə yazıb

Türkiyənin “Yeni şafak” portalı “YAŞAT” Fondunun Londondakı yay düşərgəsi barədə yazıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 12 avqust, Günel Karatepe, AZƏRTAC

Türkiyənin “Yeni şafak” portalı “YAŞAT” Fondu tərəfindən şəhid övladları üçün Londonda təşkil edilən yay düşərgəsi barədə xəbər yayımlayıb.

AZƏRTAC xəbər verir ki, yazıda “YAŞAT” Fondu haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən hərbçilərin ailələrinə və qazilərə dəstək göstərən Fondun bu il üçüncü dəfə keçirdiyi “YAŞAT” yay məktəbinin məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəni mübadilədə fəal iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə kömək etməkdir. Bununla yanaşı, təşkilat düşərgədə gənclərimizin yeni tanışlıqlar və dostluqlar qurmalarını hədəfləyir.

Qeyd edilib ki, London Kollec Universitetinin nəzdində keçirilən yay məktəbində iştirakçılar əvvəlcə ingilis dili bacarıqlarını qiymətləndirmək üçün səviyyə müəyyənləşdirmə imtahanından keçərək hər gün 3 saat ingilis dili dərslərində iştirak edirlər.

İyulun 12-dən start verilən layihə avqustun sonuna qədər davam edəcək. Proqram çərçivəsində gənclərimiz üçün tədrislə yanaşı, zəngin bir gəzinti proqramı da təşkil olunur. Bu gəzintilər zamanı iştirakçılar Londonun rəmzlərindən olan “Big Ben”, “Vestminster və “Bukingem Sarayı”, Sent-Pol Katedralı, milli-beynəlxalq müasir incəsənət əsərlərinə ev sahibliyi edən, dünyanın ən çox ziyarət olunan “Tate Modern” muzeyi, Temza çayı üzərində inşa olunan ən yeni “Millennium” körpüsü, tarixi “Tower Bridge”, London Qalası və “Madame Tussauds” muzeyi kimi yerlərlə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri