Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sözü yaşatmaq, sözdə yaşamaq...

Sözü yaşatmaq, sözdə yaşamaq...

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Söz yaşadır, sözdə yaşayanların ömrü sözlə tarixləşir və zaman-zaman xatirələrdə də yaşadılır, tarix də yaşadır. Şərt odur ki, söz dürüst söz olsun. Dürüst söz deyənlər tanıyanların da, tanımayanların da sözdaşı kimi ehtiramlarla əhatələnir. Sağlığında özü, son nəfəsindən sonra - ruhu. Əvəz Əliyar oğlu Rzayev belə ömür yaşadı - sağlığında özü bir sevgiyə ünvan olmuşdu, son nəfəsindən sonra bu ünvan ruhudur...        

Əvəz Əliyar oğlu Rzayev jurnalist idi, redaktor idi, el-obanın da, özünün də ötən-keçən, itkin düşən zamanlarının acılarla yazılmış tarixlərinin, gözlənilən qələbələrinin ruh carçısı idi.

Onun ömrü hələ də qəzet səhifələrində - tarixdə yaşayır, yaddaşlardadır...

Əvəz müəllimin ömrü doğulduğu torpağın tale yazısına çox bənzəyir. Bu ömür çətin, keşməkeşli, yurd itkisinin göz yaşlarıyla yoğrulmuş, lakin heç vaxt ümidini itirməyən bir ömürdür.

Əvəz Əliyar oğlu 1938-ci ildə Zəngəzur elinin dilbər guşələrindən biri olan Zəngilan rayonunun Orta Yeməzli kəndində kolxozçu ailəsində anadan olmuşdu. Uşaqlıq illəri çox məşəqqətli keçmişdi. Erkən yaşlarından qardaş itkisiylə, sonra valideyn itkisiylə, mərhumiyyətlərlə, yoxsulluqla üzləşsə də, ağrılar onu  əyə bilmədi. Ruhən möhkəmləndi Əvəz, qəlbi böyüdü, ruhu mətinləşdi...

Uşaqlıqdan gördüyü bu acılar, sanki onun qələmindən axan sətirlərin mayasına çevrildi. Əvəz müəllimin ilk yazılarında da bu ağrıların izləri vardı. Elə bil o, sözlərlə yurduna qayıdırdı, itirdiklərini qələmi ilə axtarırdı. Həyatının ən sərt illərində  belə yazırdı....

1954-cü ildə Kilətağ kənd orta məktəbini bitirdi, bir müddət kənddə kolxozda dizinfektor işlədi. 1955-ci ildə xətrini əzizləyənlərin məsləhəti ilə Bakı şəhərində "Qızıl Şərq" mətbəəsində mürəttiblik peşəsinə yiyələndi, bir müddət mürəttib işlədi.

O illərdə şəhər mühiti gənclərin maraq dünyasını da işıqlandırırdı, niyyətlərinin yolunu da, maraqlarına da işıq salırdı. Bəzən düşüncələrdə titrəyişlər də yaradırdı. Belə titrəyişlər torpaqla bağlı olurdu; çoxu şəhərin qaynarlığını sabahlarının rəvanlığı bilirdi. Bu qaynarlıqdan kəndə - torpağa həvəsiyənlər də olurdu. Belə həvəs ötərgi həvəsə bənzəmirdi - illəri belə ömürləşdirmək niyyətinə dönürdü. Əvəz Əliyar oğlu Zəngilana qayıtdı, ruh cana qayıdan təki qayıtdı...  

Sözə bələdliyinin nəticəsiydi ki, rayon qəzetində maraqlı, oxunaqlı məqalələri dərc olunurdu. Bəyənilirdi.

Rayonda nəşr olunan "Stalinçi", "Zəngilan kommunisti" qəzetlərində maşinistka-mühasib, 1956-cı ilin dekabrından 1962-cı ilin mayınadək Zəngilan rayon xalq məhkəməsində katib işlədi.

1962-ci ilin mayında Zəngilan rayon komsomol komitəsində ümumi şöbə müdiri vəzifəsinə irəli çəkildi. 1963-cü ilin sentyabrına kimi burada işlədi. Söz mehrləşdiyi ürəyi öz cazibəsinə salır - ürək sözü yaşada-yaşada özünü yaşadır. Sözün ucalığını duyanlar üçün yaşam fəlsəfəsidi bu: sözü sevdinsə, yaşadacaqsan, yaşadacaqsansa, söz də səni yaşadacaq. Yüz illərlə belə olub, indi də belədir. Əvəz Əliyar oğlu sözə bağlanmışdı, sözün işığını görürdü, nə yazırdısa, bu işıqda yazırdı. Bu işıq onun həyatının axarını dəyişdi - Əvəz Əliyar oğlunu sözün əsgəri elədi. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil oldu. 1970-ci ildə ali təhsilini başa vurdu, son nəfəsinə kimi jurnalist ömrü yaşadı...

Zəngilan işğal olundu. Ruhu Zəngilana bağlı olanların ruhu üyüşdü...

Əvəz Rzayev 1963-cü ilin sentyabrından 1994-cü ilin martınadək Zəngilan rayonunda çıxan "Kənd həyatı" qəzetində xüsusi müxbir, ədəbi işçi, şöbə müdiri, redaktor müavini və redaktor işlədi. 1993-cü ilin oktyabrın 29-da Zəngilanın işğalından sonra Ermənilərin elan etmədən başladığı müharibədə Əvəz Əliyar oğlunun özü də, sözü də əsgər idi - döyüşürdü. Zəngilanı müdafiə etmək mümkün olmadı, Zəngilan işğal olundu. Zəngilanda da qaçqınlıq tufanı talelər qaraltdı, ömürlər üzdü... Əvəz müəllim gündüzlər xəyallarında, gecələr yuxularında yaşatdığı Zəngilandan uzaqlarda - Bakıda "Demokratiya", "Azərreklam", "Arı" , "Qanun keşiyində", "Gələcək"  qəzetlərində redaktor, "Kəndin səsi", "Düzü-düz, əyrini-əyri"qəzetlərində məsul katib, Azərbaycan Ziyalılar Cəmiyyətinin və Ziyalılar Universitetinin orqanı olan "Ziyalı" qəzetində baş redaktor müavini və rektorun köməkçisi vəzifələrində işlədi.

Ziyalılar Universitetinin jurnalistika və hüquq fakültələrinin müəllimi oldu. 1997-ci ilin sentyabrından ömrünün sonuna kimi "Təzə həyat"qəzetinin təsisçisi və baş redaktoru işlədi...

Əvəz Rzayevin jurnalistikaya gəlişi bir təsadüf deyildi. "Kənd həyatı" qəzetində çalışdığı illərdə hər cümləsində doğma el-obanın nəfəsi vardı, hər sətrində Zəngilanın  çaylarının, dağlarının, meşələrinin, bulaqlarının səsi eşidilirdi, bərəkətli torpaqlarının hərarəti duyulurdu.

1980-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan Əvəz Rzayevin 90-cı illərdəki yaradıcılığı Bakı ədəbi mühitində daha da püxtələşdi. "Əmimoğlumun sərgüzəştləri", "Zəngilan gülməcələri", "Bilməli, gülməli əhvalatlar", "O gecə", "Mənim ömür kitabım" kitabları oxucular tərəfindən maraqla qarşılandı. 

Əvəz müəllimin məqalələri tərbiyə edirdi, düşündürürdü, hərdən güldürürdü də. Onun yaradıcılığı, Zərdabi demişkən, zamanın ayinəsi idi...

Əvəz müəllim "Əmimoğlumun sərgüzəştləri", "Zəngilan gülməcələri" və "Bilməli, gülməli əhvalatlar" kitablarında Zəngilanda gördüyü, eşitdiyi gülməli əhvalatları peşəkarlıqla qələmə alaraq "eldən aldığını elə qaytarmağa" nail olub. Məqalələrində, eləcə də satirik hekayələrində cəmiyyətdə müşahidə etdiyi nöqsanlar kəskin tənqid olunur, "buqələmunlar", ucuz şərəf və şöhrət üçün dostlarını belə güdaza verənlər, tutduğu yüksək vəzifəyə layiq olmayanlar, rüşvətxorlar, savadsız məmurlar, mənəviyyatımıza yük olanlar şirin yumor hissi və satiranın gücü ilə ifşa olunurdu. Əvəz Rzayev Cəlil Məmmədquluzadə ədəbi məktəbinin davamçısı idi.

Əvəz müəllim şəhid atası idi. "O gecə" kitabında Zəngilanın müdafiəsində dəfələrlə fərqlənən,  1993-cü il avqustun 24-də növbəti döyüş əmrini yerinə yetirməyə gedərkən yolda maşınına yanacaq dolduranda partlayış nəticəsində  faciəli surətdə həlak olan polis baş leytenantı Faiq Rzayevin döyüşlərdə göstərdiyi igidliklərdən və onu tanıyanların xoş sözlərindən bəhs edir. Faiq Əvəz müəllimin oğlu idi. Yazıçı Əlibala Hacızadənin yazdığı kimi, Əvəz müəllim "...bu kitabını əziz Faiqinin xatirəsinə həsr etməklə, özünün vicdanlı qələmi ilə öz balasının xatirəsini əbədiləşdirə biləcək əzəmətli, zamanın, düşmənin dağıda bilməyəcəyi gözəl bir heykəl yonub hazırlayıb. Qələmin sehrilə yapılmış heykəlləri isə heç kim, heç nə uçura bilməz..."

"Mənim ömür kitabım" fədakar jurnalist Əvəz Rzayevin 60 illik ömrünün acılı-şirinli xatirələrinə həsr edilib. Avtobioqrafik kitabdır. Bu kitab həm də bir elin, torpağın  salnaməsidir. Hər sətrində Zəngilanın torpaq qoxusu duyulur. O, öz ömrünü yazarkən, əslində,  hamımızın keçdiyi bir yolu - müharibəli, didərginli, lakin ümidli yolu yazıb. "Hər kəsin  öz taleyi, öz qisməti var" - deyən mübariz yazıçı- publisist gələcəyə ümidini itirmədiyini, Zəngilana, doğulub boya-başa çatdığı Orta Yeməzli kəndinə qayıdacağına inanırdı...

Amansız qədər amansız olan qəfil ölüm yurdsevər insan Əvəz Rzayevin müqəddəs arzusunu ürəyində qoysa da, ata-baba torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin sərkərdəliyi ilə, əsgər və zabitlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində azad edildi. Əvəz Rzayevin, onun sevimli övladı, döyüş dostum Faiq Rzayevin və bütün şəhidlərimizin ruhları narahatlıqdan qurtardı...

Mən 1980-ci ilin noyabrın 10-dan Zəngilan rayon komsomol komitəsində şöbə müdiri işləməyə başlayandan 1993-cü ilin oktyabrınadək Əvəz müəllim daxil olmaqla rayon qəzetinin aparıcı yazarları ustad jurnalist Mürsəl Qocayev, dəyərli ziyalı və jurnalist Şükür Şükürov (dünyasını dəyişənə kimi), tanınmış şair, yazıçı-publisist Salam Cavadlı və əsərlərini səngərdə yazan tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik, istedadlı yazıçı-publisist Lətif Şüküroğlu ilə müntəzəm yaradıcılıq əlaqələrimiz oldu. Bu əlaqələr bu gün də Lətif Şüküroğlu və Salam Cavadlı ilə davam etməkdədir. Səmimi deyə bilərəm ki, adlarını çəkdiyim jurnalistlərin hər birinin, Əvəz müəllimin isə xüsusilə mənim yaradıcılığımın formalaşıb cilalanmasında əvəzsiz xidməti olub. Əvəz müəllim çalışırdı ki, hər həftə mənim yazılarım rayon qəzetində dərc olunsun. Bundan əlavə, Əvəz müəllim Zəngilan rayon xalq nəzarət komitəsinin (RXNK) ştatdankənar şöbə müdiri kimi hara gedərdisə, mənim də həmin tədbirdə iştirak etməyim üçün lazımi xahişlər edərdi. Bildirərdi ki, bir yerdə olanda qanunların pozulmayacağına inanır, özünü daha güclü hiss edir və rahatlıq tapır. Mənim bir neçə dəfə  RXNK-nin qiymətli hədiyyələri ilə mükafatlandırılmağıma nail olmuşdu. Mətbuat günündə "Kənd həyatı" rayon qəzetinin ştatdankənar müxbiri kimi fəxri fərman ilə təltif olunmuşam.

Yaradıcılıq əlaqələrimiz Bakıda da davam edib. İmkan daxilində dəvət etdiyi tədbirlərdə iştirak etmişəm, qəzetlər üçün materiallar hazırlamışam. 1998-ci il mayın 14-də anam qəfildən dünyasını dəyişəndə onun böyük ürək sahibi olduğunu bir daha gördüm. Anamın ilinə bir ay qalanda - 1999-cu il aprelin əvvəlində məndən anam haqqında məlumatları hazırlamağı və ona çatdırmağımı xahiş etdi. Həmin müddətdə təsisçisi və redaktoru olduğu "Təzə həyat" qəzeti maliyyə problemlərindən cap edilmədiyinə görə anam haqqında yazdığı anım yazısını dostunun redaktor olduğu  qəzetin 1999-cu il aprel nömrəsində dərc etdirdi. "Təzə həyat" qəzeti çap edilməyə başlayan kimi məni redaksiya heyətinə daxil etdi, anamın topladığım 20-yə yaxın bayatısını və mənim yazımı dərc etmişdi. Hər nömrədə yazımı dərc edirdi. Təəssüflər olsun ki, əsən ölüm yeli  dostumu, elimizin-obamızın layiqli ziyalısını aramızdan tez apardı...

Mətbuat sahəsindəki uzun illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə "Qızıl qələm" mükafatına, "Kəmaliyyə" və "Nailiyyət" diplomlarına, Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatına, Mətbuat və İnformasiya Nazirliyinin, Respublika Mətbuat Fondunun, Zəngilan rayon partiya komitəsinin və icra hakimiyyətinin fəxri fərmanlarına layiq görülmüşdü.

Əvəz Rzayevin həyat və fəaliyyəti, təsisçisi və redaktoru olduğu "Təzə həyat"qəzetinin adı Mediya-Azərbaycan kitabına daxil edilmiş, KİVİHİ jurnalistlərinin və mətbuat təəssübkeşlərinin könüllü birliyi kimi ona ölkə daxilində və xaricdə müstəqil fəaliyyət statusu verilmişdi...

Bu illər həyatın istisini-soyuğunu görmüş, zamanın vaxtsız əsən  küləklərinin qarşısında heç vaxt əyilməyən, dəyişməyən, həmişə yaxşıya yaxşı, pisə pis deyən Əvəz Rzayevin qəlbi həmişə torpaq sevgisi, yurd istəyi ilə dolu idi.  Söhbətlərimizdə həmişə deyərdi: Zəngilana qayıdan günü dizin-dizin sürünəcəm, oğlum Faiqin məzarına sarılacam"...

1999-cu il yanvarın 6-da köçdü dünyadan.

Əvəz Rzayevin sözü ilə əməli bütöv idi. Həyatın içindən gəldiyinə görə həyat həqiqətlərini yazmaqdan zövq alırdı. Həmişə haqqa-ədalətə güvənən, vicdanının səsinə qulaq asan, gözəgörünməyən qara qüvvələrə qarşı çox ciddi və kəskin mübarizə aparan, daim ulu Tanrını özünə arxa-kömək bilən, ağır zəhmətinə, səmərəli əməyinə və bacarığına arxalanan, dünyanı bütün rəngləri ilə görən Əvəz Rzayev onu aydın dərk edərək düşündüyü kimi öz rəngində yaddaşlara köçürürdü.

Yaddaşlarda Əvəz Rzayevə aid olan yaşarı xatirələr də var...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri